Yeni Dizaxlı

Yeni DizaxlıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Yeni Dizaxlı
40°58′53″ şm. e. 47°50′44″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Yeni Dizaxlı xəritədə
Yeni Dizaxlı
Yeni Dizaxlı

Coğrafiyası

Kənd Kov Murad dağının ətəyində yerləşir.[3]

Əhalisi

2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır.[4] Əhali ləzgilər və azərbaycanlılardır.

İqtisadiyyatı

Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır.

Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib. Kənddə qaz və telefon xidməti də var.[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.