Yeni Britaniya
Yeni Britaniya (ing. New Britain, alm. Neupommern) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır
Yeni Britaniya | |
---|---|
ing. New Britain, | |
Ümumi məlumatlar | |
Sahəsi | 351446 km² |
Uzunluğu |
|
Eni | 146 km |
Hündür nöqtəsi | 2438 m |
Əhalisi | 500.000 nəfər (2011-ci il) |
Yerləşməsi | |
5°48′46″ c. e. 150°26′48″ ş. u. | |
Ölkə | Papua-Yeni Qvineya |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Adanın sahəsi 35 144,6 km²[1] təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni Britaniya və Qərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir.
Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.
Adanın daxilinə doğru dağ massivi geniş sahəni tutur. Burada Sinevit vulkanı yerləşir. Adanın böyük qismi Tropik meşələri ilə rtülmüşdür.
Umboy adasından Dampir boğazı, Yeni İrlandiya adasından isə Müqəddəs Georgi boğazı ilə ayrılır.
Tarixi
Yeni Britaniya 1700 ildə Vilyam Dampir tərəfindən kəşf edilir 1885 - 1899 illərdə ada Almaniyanın Yeni Qvineya Kompaniyasının mülkü olmuşdur. Bu ərəfədə ada Yeni Pomeraniya (Neupommern) adlanırdı. 1899-ci ildən 1914-ci ilə qədər ada Almaniya Yeni Qvineyasının ərazisi idi. Ada bu ərəfələrdə pambıq istehsalı ilə məşğul idi. 1914-ci ildə ada Avstraliya təfəfindən işğal edilir. Birinci Dünya müharibəsindən sonra ərazi Millətlər Liqası tərəfindən Avstraliyanın mandatlığı verilir.
İkinci Dünya müharibəsində 1942-ci il Rabaul döyüşündə Yaponiya İmperiyası tərəfinfən ələ keçirilir. Amerikan qüvvələri adanı ələ keçirsələrdə müharibə bitənə qədər Rabaul yaponların əlində qalır.
Əhali
Adanın ən qədim əhalisi Papuaslar olmuşdur. Adada hazırda ən böyük etnik qrup Tolayilərdir. Dağlıq ərazilərdə isə bayninqlər yaşayır. Bundan başqa adada Kilenqelər, Sulkalar və Lakalailər yaşayır.
İstinadlar
- United Nations Environment Program, "Islands by land area: New Britain Arxivləşdirilib 2012-07-13 at Archive.today," islands.unep.ch (1988).