Yeni Şotlandiya yarımadası
Yeni Şotlandiya yarımadası (ing. Nova Scotia peninsula) — Kanadanın cənub-şərqində yerləşən yarımada.
Yeni Şotlandiya yarımadası | |
---|---|
Yerləşməsi | |
47°00′ şm. e. 63°00′ q. u. | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Kanada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Yarımadanın ərazisinin böyük qismi Yeni Şotlandiya vilayəti ərazisində yerləşir. Yarımadanın uzunluğu 430 km, eni isı 130 km[1]. Şərqdə ensiz Kanso boğazı yarımadanı Keyp-Breton adasından ayırır. Şimaldan Nortamberlend boğazı Şahzadə Eduard Adasından ayırlr. Cənubdan və cənub-şərqdən Atlantik okeanın suları ilə yuyulur. Qərbdən Men körfəzi, şimal-qərbdən Fandi körfəzi ilə əhatələnir. Materiklə Şiqnekto bərzəxi ilə birləşir.
Cənub və cənub-şərqdən sahilləri olduqca parçalıdır və fiordlarla zəngindir[2]. Körfəzləri: Fandi, Maynas, Şiqnekto, Sent-Corc, Kantri, İndian, Musquodoboit. Buxtaları: Annapolis, Şedabakto, Marqarets, Maxoun, Meduey, Cordan, Sent-Meris, Kobekuit. Sahil xəttinin uzunluğu 7579 km-dir. Sahil sularında 3809 kiçik ada vardır[3].
Çayları: Annapolis, Mersey, Meduey, Biber, Mus, Şubenakadi. Gölləri: Rossinol, Kecimkucim, Paradaiz, Malqreyv. İri şəhərləri: Qalifaks və Dartmunt. Ucqar nöqtələri: şimal-şərqdə — Corc burnu, şərqdə — Kanso burnu, cənubda — Bakarro.
Geologiya
Yarımada qneys, qranit və qumlarla örtülüdür[4]. Əsas faydalı qazıntıları: Daş kömür, Daş duz, gips[5]. Şelf ərazisində neft və qaz çıxarılır.
İqlimi
İqlimi yumşaqdır. İl ərzində 1200 mm yağıntı düşür. İynəyarpaqlı və enliyarpaqlı meşələrə sahibdir.
Qorunması
Yarımada ərazisində Kecimkucik Milli parkı yerləşir. Üstəlik vilayət əhəmiyyətli Keyp-Çiqnekto, Arisaiq (ing. Arisaig Provincial Park), Beyfild-Biç (ing. Bayfield Beach Provincial Park), Biver-Mauntin (ing. Beaver Mountain Provincial Park), Pomket-Biç (ing. Pomquet Beach Provincial Park), Keyp-Şiqnekto parkları. Təbiət qoruqları: Тоbеаtik, Makqill-Leyk, Klod-Leyk.
İstinadlar
- "Yeni Şotlandiyanın coğrafi ensiklopediyası". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-04.
- "Böyük Fiordlar". 2011-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-04.
- "The Canadian Encyclopedia. Nova Scotia". 2011-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-04.
- "Yeni Şotlandiya (yarımada)". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-04.
- Encyclopedia Canadiana, Grolier of Canada Limited, Toronto Ottawa Montreal, 1967, Volume 7, p.393