Yeni Şirvan Cəmiyyəti

Yeni ŞirvanAzərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı şəhərində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti.

Tarixi

Bakının baş memarı olmuş ali təhsilli ilk azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun təşəbbüsü ilə təşkil olunmuşdur (1919). Cəmiyyətin əsas məqsədi S.Şaumyanın göstərişi ilə erməni-daşnak və bolşevik hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı 1918-ci ildə həyata keçirilmiş soyqırımları zamanı xüsusi qəddarlıqla dağıdılmış və yandırılmış Şamaxı şəhərini bərpa etmək olmuşdur.[1]

Həmçinin bax

İstinadlar

  1. Yeni Şirvan Cəmiyyəti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 438. ISBN 9952-417-44-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.