Yeni Çobankərə

Yeni Çobankərə (əvvəlki adı: Bünyadabad) — Azərbaycan Respublikasının Yevlax rayonunun Nemətabad inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Bünyadabad kəndi Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılmışdır.[2]

Yeni Çobankərə
40°35′ şm. e. 47°02′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Yeni Çobankərə xəritədə
Yeni Çobankərə
Yeni Çobankərə

Toponimikası

1926-cı ildən kəndin ərazisində vaxtilə (1918) Ermənistandan qovulmuş bir qrup azərbaycanlı ailə məskunlaşmışdır. Yaşayış məntəqəsi keçmiş inqilabçı Bünyad Sərdarovun (1889-1919) adını daşımışdır. Kənd bir müddət burada təşkil edilmiş Telman adına kolxozun adı ilə Telmankənd də adlanmışdır.[3]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ düzündə yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.