Yengəclər
Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Yengəclər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinifüstü: Multicrustacea Sinif: Yarımsinif: Eumalacostraca Dəstəüstü: Eucarida Dəstə: Yarımdəstə: Ranqsız: Reptantia İnfradəstə: Yengəclər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Biologiyası
Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi.
Klassifikasiya
Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ[2] vardır.
Sinonimləri
- Archaeobrachyura Guinot, 1977
- Brachyura Latreille, 1802
- Brachyrhyncha Borradaile, 1907
- Cancridea Latreille, 1803
- Dromiacea De Haan, 1833
- Oxyrhyncha Latreille, 1803
- Oxystomata H. Milne Edwards, 1834
Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
İnsanlar tərəfindən istifadəsi
Dünyada insanlar tərəfindən yeyilən, yetişdirilən və ovlanılan dəniz xərçəngkimilərinin 20%-i yengəclərin payına düşür. İl ərzində 1,5 milyon ton yengəc istehlak olunur. Onların çoxu əllə və ya xüsusi yengəc tələləri ilə həyata keçirilir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- "Ng, P.K.L., Guinot, D. & P.J.F. Davie. Systema Brachyurorum: Part 1. An Annotated checklist of extant Brachyuran crabs of the world Raffles Bulletin of Zoology, 2008, 286pp" (PDF). 2011-06-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-08-07.