Yemilian Bukov
Yemilian Nestoroviç Bukov (rum. Emilian Radu Bucov, rus. Емилиа́н Не́стерович Бу́ков; 26 iyul (8 avqust) 1909 – 17 oktyabr 1984, Kişinyov) — SSRİ-Moldava şairi.
Yemilian Bukov | |
---|---|
rum. Emilian Radu Bucov | |
Doğum tarixi | 26 iyul (8 avqust) 1909 |
Vəfat tarixi | 17 oktyabr 1984 (75 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, siyasətçi, dramaturq, publisist, tərcüməçi |
Əsərlərinin dili | Moldav dili |
İstiqamət | sosialist realizmi |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yemilian Nestoroviç Bukov 8 avqust 1909-cu ildə Rusiya imperiyasının Bessarabiya quberniyasında yerləşən Yeni Kiliya şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931–1936-cı illərdə Buxarest Universitetində təhsil almış, mütərəqqi Rumıniya jurnalları ilə əməkdaşlıq etmişdir. Bukov "Zəhmət qaynayır" (1932), "Günəşin sözü" (1937), "Çin", "Səni görürəm, Moldaviya" (1942), "Dnestrdə bahar" (1944), "Bu gün, sabah" (1967), "Həyat ağacı" (1974) kitablarının müəllifidir. Bukovun "Ölkəm" (1947) poeması, "Reut şəhəri" (1956) mənzum roman, "Dunay - narahat sular" (1956; 1957 ildə "Dalğalanan Dunay" adı ilə tamaşaya qoyulmuşdur) pyesi, "Magistral" (1969) romanı və s. əsərləri var. O, Azərbaycan haqqında şeirlər yazmışdır. "Səməd" poeması Səməd Vurğuna həsr edilmişdir.[2]
İstinadlar
- https://romanialiterara.com/2022/01/zvapaiat-la-bucuresti-imblanzit-la-moscova-dat-pe-brazda-la-chisinau/.
- Буков Јемилиан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 60.