Yemişçi Həsən Paşa
Yemişçi Həsən Paşa (1535 – 1603, Konstantinopol) — III Mehmed dövründə 22 iyul 1601 – 4 oktyabr 1603 tarixlərində ümumilikdə 2 il 2 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır
Yemişçi Həsən Paşa | |
---|---|
يميسشي حسن باشا | |
22 iyul 1601 – 4 oktyabr 1603 | |
Əvvəlki | Kürəkən İbrahim Paşa |
Sonrakı | Malqoç Yavuz Əli Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1535 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Ayşə Sultan |
Həyatı
Əslən albandır. 1577–1578-ci illərdə Zülüflü Baltaçılar ocağına alınaraq burada yetişdirilmişdir. Daha sonra çeşnigirbaşı və qapıçılar kəndxudası oldu. Bu vəzifədə ikən Qoca Sənan Paşaya sədarət möhürünü vermək üçün Səfəvilərlə sərhəddə yerləşən ordugaha göndərildi (avqust 1580). 1589-cu ildə qapıçıbaşı olan Həsən ağa Sənan Paşanın 1593 tarixli Macarıstan səfərində iştirak etdi. 1594 və 1595 tarixlərində qısa fasilələrlə 2 dəfə yeniçəri ağalığına gətirildi. Sədrəzəm tərəfindən bu vəzifəyə gətirilən ilk ağadır. 1596-cı ildə vəzir rütbəsiylə Şirvan bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 1598-ci ilin ortalarında Xəzər dənizi sahilində məskunlaşan ruslara ağır zərbələr vurdu və ordu rəhbərlərini ələ keçirərək İstanbula göndərdi. Şirvandan döndükdən sonra dördüncü vəzir olaraq divan məclisinə daxil oldu. Onun səylərilə 1 sentyabr 1600 tarixində 950 ədəd 100 dirhəmlik sikkə dövriyyəyə buraxıldı. Bundan başqa əvvəllər yüksəldilən qiymətləri tənzimləmək üçün bazar və çarşılarda yeni qiymət tənzimləməsi apardı.
1601-ci ilin əvvəllərində sədarət naibi olan Həsən Paşa Kürəkən İbrahim Paşanın Macarıstan səfəri əsnasında vəfatı və Safiyə Sultanın da dəstəyi ilə 22 iyul 1601-də sədrəzəmliyə gətirildi. Səfər üçün doğru vaxt olmadığını və səfərin gələn ilə saxlanılmasını irəli sürsə də, Şeyxülislam Sunullah Əfəndinin padşaha təkidilə Macarıstana irəliləməsi əmr olundu. Bunun ardından Sunullah Əfəndinin vəzifədən alınması, Ədirnə qazılığına qədər bütün yüksək dərəcəli vəzifələrdə dəyişiklik edərək 9 avqust 1601-də səfərə çıxdı. Sürətlə irəliləyərək sentyabr ayının əvvəlində Belqrad önlərində dayanan orduya gəldi. Bu əsnada avstriyalıların İstolni Belqrad qalasını aldığını, Kanija qalasının da Hersoq Ferdinand tərəfindən mühasirəyə alındığını öyrəndi. Aparılan müzakirələrin ardında ilk hədəf İstolni Belqrad seçildi.
1601-ci ilin payızında Belqraddan hərəkət edən Həsən Paşa oktyabr ayında İstolni Belqrada gəldi və qala önündəki Habsburq dəstələrinə dərhal hücum etdi. Kanija qalasının müdafiəsində duran Tiryək Həsən Paşa məktub yazaraq sədrəzəmdən kömək istəyirdi. Ordudakı narazılığa baxmayaraq Həsən Paşa Kanijaya doğru irəlilədi. Ancaq Zigetvara qədər gələ bildi və ordudakı narazılıq səbəbilə Belqrada çəkildi. Bu əsnada yeniçəri ağası Əli ağanı vəkil seçərək nikah üçün İstanbula göndərdi və 5 aprel 1602 tarixində Kürəkən İbrahim Paşanın dul xanımı və III Muradın qızı Ayşə Sultanla evləndirildi.
Həsən Paşa 21 iyul 1602 tarixində Belqraddan İstolni Belqrada hərəkət etdi və 34 günlük mühasirənin ardından Budin mühafizi Lələ Mehmed Paşanın da yardımıyla qalanı geri aldı. Ardından Ərdəli avstriyalıların əlindən azad etmək üçün Budinə getdi. 22 sentyabrda Dunay çayını keçdi və Ərdələ doğru irəlilədi. Ancaq qaladan çıxar çıxmaz Budin mühasirəyə alındı. Bu səbəblə geri dönən Həsən Paşa dönüş yolunda ordu ağırlığının böyük hissəsini Dunay çayında itirdi. Budin bəylərbəyi Əli Paşanın təklifi ilə yalnız Rumeli bəylərbəyi Lələ Mehmed Paşanı geridə qoyaraq özü 1602 payızını Belqradda keçirdi.
Belqradda əsgərin ülufələrini paylayan Həsən Paşa İstanbulda vəziyyətin ağır olduğunu bəhanə edərək 1603-cü ilin yanvarında geri döndü. 7 fevralda Silivriyə çatanda onu qarşılayan qapıçılar kəndxudası Hüseyn ağa onu gizli yollarla Atmeydanındakı İbrahim Paşa sarayına apardı. Sədarət naibi Gözəlcə Mahmud Paşa bir tərəfdən sədrəzəmlə yaxınlıq qurur, digər yandan da üsyançıların Həsən Paşanın canını istədiyini padşaha bildirmişdi. Mahmud Paşanı dəstəkləyən üsyançılar Həsən Paşanı öldürmək üçün Atmeydanında toplandılar. Bu əsnada sarayından qaçaraq Ağaqapısına sığınan Həsən Paşa padşaha yazaraq, Budinin düşmən əlinə keçməsinə səbəb olduğu üçün haqqında ölüm hökmü verən Şeyxülislam Sunullah Əfəndinin vəzifədən alınmasını tələb etdi. 9 fevral 1603 tarixində səhər saatlarında Həsən Paşa tərəfdarı olan yeniçərilər və üləma Süleymaniyə məscidində, üsyançı sipahilər isə Atmeydanında toplandı.
Ancaq III Mehmedin Sunullah Əfəndini vəzifədən alması onu gücləndirdi və yeniçəri ağası Fərhad ağanın əliylə sipahilər arasındakı üsyan rəhbərlərini gizlicə öldürtdü. Ertəsi gün yeni şeyxülislam Mustafa Əfəndi və başqazılarla birlikdə sultanın qəbulunda oldu və bir müddət sonra Atmeydanındakı sarayına getdi. Həmin gün üsyanın rəhbərlərindən Poyraz Osman və Öküz Mahmudun da ələ keçirilməsi ilə üsyan zahirdə sonlandırılmışdı. Ancaq əslində yeniçəri və sipahilər arasındakı ziddiyət davam edirdi. Bir neçə ay sonra Şeyxülislam Mustafa Əfəndi, yeniçəri ağası Qasım ağa və hərəm ağası Əbdülrəzzaq ağanın təkidlərilə sədarət möhrü sədrəzəmdən geri alındı. Yeniçərilərin də qorxaraq sakitləşməsilə 4 oktyabr 1603 tarixində vəzifədən alındı və 16 oktyabr 1603 tarixində edam edildi. Qəbri Qaracaəhməd məzarlığındadır.
Mənbə
- Selânikî, Târih (İpşirli), I, 129, 210, 215, 334, 352, 360, 384, 390, 414, 423–425;
- Sâfî Mustafa, Zübdetü’t-tevârîh, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2428, I, tür.yer.;
- Azmîzâde Mustafa Hâletî, Divan, İÜ Ktp., TY, nr. 160, vr. 6a vd.;
- Atâî, Zeyl-i Şekāik, s. 461, 477 vd., 483, 554, 555;
- Hasanbeyzâde Ahmed, Târih (haz. Nezihi Aykut, doktora tezi, 1980), İÜ Ed. Fak. Tarih Seminer Kitaplığı, nr. 3277, tür.yer.;
- Mehmed b. Mehmed, Nuhbetü’t-tevârîh ve’l-ahbâr, İstanbul 1276, s. 207 vd.;
- Topçular Kâtibi Abdülkadir, Târih, Süleymaniye Ktp., Esad Efendi, nr. 2151, vr. 70b, 73a, 75a-87b;
- Muhibbî, Ħulâśatü’l-eŝer, II, 72–73;
- Peçuylu İbrâhim, Târih, II, 65, 145, 235 vd.;
- Kâtib Çelebi, Fezleke, I, 142 vd., 150, 171, 178, 186, 201;
- Solakzâde, Târih, s. 664 vd., 680 vd.;
- Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 488, 490 vd.;
- A. Thomas Chalcondyle, L’histoire de la décadence de l’empire grec et l’établissement de celui du turcs continuation, Paris 1662, s. 858 vd.;
- Abdurrahman Hibrî, Defter-i Ahbâr, İÜ Ktp., TY, nr. 2631, vr. 77a;
- Eyyûbî Efendi Kānunnâmesi (nşr. Abdülkadir Özcan), İstanbul 1994, s. 41;
- Müneccimbaşı, Sahâifü’l-ahbâr, I, 606 vd., 611 vd.;
- Naîmâ, Târih, I, 123, 250, 264, 297 vd., 308 vd., 334–337;
- Hadîkatü’l-vüzerâ, s. 50–51;
- Salaberry, Histoire de l’empire ottoman, Paris 1817, II, 160, 162 vd.;
- Ch. de Coeckelberghe de Dutzele, Histoire de l’empire d’Autriche, Wienne 1847, V, 296, 298;
- Atâ Bey, Târih, II, 132–133;
- A. Lefaivre, Les magyars pendant la domination ottomane en Hongrie, Paris 1902, I, 251 vd.;
- Sicill-i Osmânî, II, 126–127;
- N. Iorga, Geschichte des Osmanischen Reiches, Gotha 1910, III, 335 vd.;
- a.mlf., Histoire des roumains, Bucarest 1940, V, 459;
- Danişmend, Kronoloji, III, 207 vd., 224–225, 498–499;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 83, 90 vd.; III/2, s. 359–360;
- Nezihi Aykut, "Osmanlı İmparatorluğunda XVII. Asır Ortalarına Kadar Yapılan Sikke Tashihleri", Prof. Dr. Bekir Kütükoğlu’na Armağan, İstanbul 1991, s. 354–355;
- Orhan F. Köprülü, "Hasan Paşa, Yemişçi", İA, V/1, s. 330–334.