Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Yeməli doqquzdon | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Caprifolioideae Cins: Növ: Yeməli doqquzdon |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Təbii yayılması
Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir.
Botaniki təsviri
Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir. Başqa növlərdən meyvəsinin yeməli, turşməzə olması ilə fərqlənir. Toxum və qələmlə çoxalır. 1000 ədəd toxumun çəkisi 0,9 qr olur.
Ekologiyası
İstisevən bitkidir, quraqlığadavamlıdır, qara torpaqlarda daha yaxşı bitir.
Azərbaycanda yayılması
Abşeronda, Şəkidə, Gəncədə şəhər yaşıllaşdırmasında, bir çox park və bağlarda rast gəlinir.
İstifadəsi
Budamaqla bitkiyə müxtəlif forma vermək olur. Meyvəsində kompot, kisel, mürəbbə, şərab və s. hazırlanır. Yaşıllaşdırmada istifadə edilir.