Yem
Yem bitkiləri
Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur.
Yem əmsalı
İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir.
Yem norması
Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır. Müasir yem normasına heyvanların qidalı maddələrə, yem vahidi ilə ifadə edilən və kalsiuma, fosfora, proteinə, karotinə olan ümumi tələbatı daxildir. Heyvanın hər növünə vitamin və mikroelementlərin, donuzlar və quşlar üçün amin turşuların sərf olunma norması hazırlanmışdır. Yem norması daimi deyil. Yem rasionu yem norması əsasında düzəldilir.
Yem rasionu
Heyvanların qidalı maddələrə tələbatına görə yem norması. Yemlərin qidalılığı və tərkibi əsasında hazırlanan sutkalıq yem.
Yem vahidi
Yemin ölçü vahidi və ümumi qidalılığının müqayisəsi. Bir yem vahidi kimi 1 kq quru vələmirin orta qidalılığı vahid qəbul edilmişdir. Qaramalda piylənməyə görə təyin edilmiş bir yem vahidinin qidalılığı 150 q yağa və ya 1414 kal-yə bərabərdir. Kənd təsərrüfatı heyvanları üçün yem norması yem vahidi əsasında hesablanır.
Yem yeri
Vəhşi heyvanları cəlb etmək məqsədilə müəyyən yerə yem qoymaq (tutmaq və ya müşahidə aparmaq üçün).
Yemin məhsuldar təsiri əmsalı
İstifadə edilən qidanın miqdarının istifadə edənin artımına nisbəti (hər iki göstərici quru çəki ilə ifadə olunur).[1]
İstinadlar
- Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003
Xarici keçidlər
- DƏNLI VƏ YEM BITKILƏRI Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine
- Təsərrüfatda tərtib olunmuş yem planına uyğun olmalıdır Arxivləşdirilib 2016-06-04 at the Wayback Machine