Yellouston çayı
Yellouston (ing. Yellowstone) — ABŞ-nin şimali-qərbində çay. Missuri çayının sağ qolu. Uzunluğu təqribən 1600 km, hövzəsinin sahəsi 182.3 min km²-dir. Qayalı dağlardan başlanır. Yuxarı axını Yellouston milli parkının ərazisindədir. Kanyonlar (dərinliyi 360 m) və şəlalələr əmələ gətirir. Qar və yağış suları ilə qidalanır. Montana ştatında suvarmada geniş istifadə edilir.
Yellouston çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Missuri çayı |
Uzunluğu |
|
Su sərfi | 390 m³/s |
Hövzəsinin sahəsi | 181.299 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
- ASE, V cild, Bakı, 1981, səh. 107
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.