Hacıhüseynli

Hacıhüseynli (əvvəlki adı: Yelenovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Yelenovka kəndi Hacıhüseynli kəndi adlandırılmışdır.[1]

Hacıhüseynli
41°27′23″ şm. e. 48°38′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 258 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.815 nəf. (2009)
Hacıhüseynli xəritədə
Hacıhüseynli
Hacıhüseynli

Toponimikası

Qusar maili düzənliyindədir. XIX əsrdə Rusiyadan gəlmiş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Yelenovka adı verilmişdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Hacıhüseynli yaşayış məntəqəsinin əsasını qoymuş nəslin adıdır.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1815 nəfər əhali yaşayır.[3]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.