Yelena Pavluxina

Yelena Pavluxina (1 mart 1989) — UkraynanıAzərbaycanı təmsil edən velosipedçi.[2]

Yelena Pavluxina
Yelena Pavluxina 2018-ci ildə
Yelena Pavluxina 2018-ci ildə
Şəxsi məlumatlar
Tam adı Yelena Pavluxina
Vətəndaşlığı Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri
Boyu 178 sm.
İdman növü Velosipedi idmanı
Məşqçisi Stanislav Solovyov

Karyerası

Yelena Pavluxina 1999-cu ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Stanislav Solovyovdur.

2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Yelena Pavluxina beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Yelena Pavluxina 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı.

Yelena Pavluxina 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Avqustun 7-də fərdi turnirdə çıxış edən Yelena Pavluxina finiş həddinə 3 saat 58 dəqiqə 5 saniyəyə çatdı və nəticədə Rio-de-Janeyro Olimpiadasını 68 velosipedçi sırasında 35-ci pillədə başa vurdu.[3]

İstinadlar

  1. Olena Pavlukhina.
  2. Olympedia.org. "Yelena PAVLUXİNA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. Olympedia.org. "2016 Summer Olympics / Cycling / Road Race / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.