Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu.
Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Küləyin saatdakı sürəti 29 – 40 km saat sürət olan ərazilər yel dərmanlarının tikilməsi üçün münasibdir. 8 km saat sürəti olan ərazilərdə yel dərmanlarının tikilməsi üçün əlverişsiz hesab olunur və çarğların hərəkətə gəlməsi üçün bu sürət kifayət etmir. Küləyinin şiddətli əsdiyi ərazilərdə və ya külək sürətinin çox olduğu təpələrdə yel dəyirmanları əl verişsiz şərait səbəbindən tikilmir.