Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Yekdar | |
---|---|
41°14′05″ şm. e. 48°34′52″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir.[1]
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.[2]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.