Yekaterina Ulanova

Yekaterina Ulanovarus qadın voleybolçu. Liberodur. Dinamo Kazan klubunda karyerasını davam etdirir, 2005-ci ildən Rusiya millisinin üzvüdür.

Yekaterina Ulanova
Şəxsi məlumatlar
Tam adı Ekaterina Vadimovna Ulanova
Doğum tarixi
Doğum yeri Rusiya İvanovo Rusiya
Vətəndaşlığı rus
Voleybolçu məlumatları
Boyu 1.76 m
Çəkisi 61 kq
Zərbəsi 298 sm
Bloku 290 sm
Mövqeyi Libero
Karyerası
Komandası Rusiya Dinamo Kazan
Nömrəsi 14
Klub karyerası
2003–2004
2004–2006
2006–2007
2007–2009
2009–2010
2010–
Rusiya Olimpiya Suja
Rusiya Dinamo Moskva
Rusiya ÇSKA Moskva
Rusiya Leninqradka
Rusiya Dinamo Krasnodar
Rusiya Dinamo Kazan
Milli komanda karyerası
2005– Rusiya Rusiya

Karyerası

Yekaterina Ulanova peşəkar karyerasına ölkəsinin Olimpiya Suja komandasında başlamışdır. Bir mövsüm burada oynadıqdan sonra Rusiya voleybolunun flaqmanı sayılan Dinamo Moskvaya transfer olunmuşdu. Burada Rusiya superliqasını bir dəfə başı üzərinə qaldıran voleybolçu daha sonra sırası ilə ÇSKA Moskva, Leninqradka, Dinamo Krasnodar klublarının şərəfini qormuşdur. 2010-cu ildə Dinamo Krasnodarla müqavilə müddəti bitdikdən sonra yenə də ölkə xaricinə çıxmamış, başqa bir Dinamo klubu Dinamo Kazanla sözləşmə imzalamışdı.[1]

Karyerasının ən rəngarəng vaxtlarını Dinamo Kazanda keçirən Ulanova burada şəxsi rekordlarına da imza atdı. Kluba transfer olunduğu ilk, 2010-11 mövsümündən başlayaraq komanda ilə ard-arda dörd dəfə ölkə çempionatının qızıl medalını boynuna asan Ulanova bunun yanında da 2013-14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasını, 2014-cü ilin yayında isə Klublararası dünya çempionatını qazanmışdır.[2] Adı çəkilən son turnirdə "Ən Yaxşı Libero" adına da layiq görülmüşdü.[3]

Milli komandaya tez-tez dəvət alan fərasətli libero Rusiya yığması ilə bir çox titul əldə etmişdir. İlk olaraq voleybolçu 2005-ci ildə Voleybol üzrə qadınlararası Avropa çempionatının qızıl medalını qazanan Rusiya yığmasının heyətində yer almışdır. 2007-ci ildə eyni turnirin bürünc medalını, 2 il sonra isə Dünya Qran Prisinin gümüş medalını qazanmışdır. 2010-cu ildə isə Ulanova heç vaxt unutmayacağı bir sevinc yaşamışdı. Belə ki, liberosu olduğu Rusiya milli komandası 2010-cu ilin dünya çempionatını qazanmışdı. Bütün bu uğurlardan başqa voleybolçu 2008 və 2012-ci illərdə də milli komanda ilə birlikdə Yay Olimpiya Oyunlarındada iştirak etmişdir.[4]

Uğurları

Klublar ilə

  • Rusiya Rusiya çempionatı: 5
2005-06, 2010-11, 2011-12, 2012-13, 2013-14
  • Rusiya kuboku: 2
2010, 2012
2014
2013-14

Milli komanda ilə

Şəxsi mükafatları

  • 2003 Yeniyetmələrarası Avropa çempionatı - "Ən Yaxşı Libero"
  • 2010 Rusiya kuboku - "Ən Yaxşı Libero"
  • 2011 Rusiya kuboku - "Ən Yaxşı Top qəbuledici"
  • 2014 Klublararası dünya çempionatı - "Ən Yaxşı Libero"

İstinadlar

  1. "Екатерина Уланова: ЦСКА и «Динамо-Казань» - чемпионы! Рада, что у нас золотая семья!" (az.). azertag.gov.az. 15-05-2014. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-07.
  2. "Dinamo KAZAN dethrones VakifBank to claim the 2014 Champions League title". Baku, Azerbaijan: CEV. 2014-03-16. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  3. "Russia's Kazan capture Women's Club World championship in style". Zurich, Switzerland: FIVB. 2014-05-11. 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-11.
  4. London2012.com

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.