Yekaterina Qradova

Yekaterina Georgiyevna Qradova (rus. Екатерина Георгиевна Градова; 6 oktyabr 1946, Moskva22 fevral 2021, Moskva) — Sovet teatr və kino aktrisası, RSFSR əməkdar artisti (1983).

Yekaterina Qradova
rus. Екатерина Градова
Doğum adı Yekaterina Georgiyevna Qradova
Doğum tarixi 6 oktyabr 1946(1946-10-06)
Doğum yeri
Vəfat tarixi 22 fevral 2021(2021-02-22) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Andrey Mironov
İqor Timofeyev
Uşaqları Mariya Mironova (doğma)
Aleksey Suxoverkov (götürülmə)
Atası Georgi Aleksandroviç Qradov[1]
Anası Raisa İvanovna Qradova[2]
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 19691992
Təhsili
  • Moskva Dövlət Dilçilik Universiteti[d],
  • Moskva Bədaye Teatrı tərkibində Bədaye Teatrı Məktəbi[d]
İstiqamət teatr
kino
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
"Xalqlar dostluğu" ordeni
IMDb ID0333569

Həyatı

Yekaterina Georgiyevna Qradova 6 oktyabr 1946-cı ildə Moskvada tanınmış memar, professor, Georgi Qradov (1911–1984)[3]) və Qoqol adına teatrın aktrisası Raisa Qradovanın (1923–2011) ailəsində anadan olub.[4][5] Əvvəlcə Moskva xarici dillər institutunda, ardınca MXAT məktəb-studiyasında təhsil alıb (kurs rəhbəri — Vasili Petroviç Markov[6]). Məşhur aktyor Andrey Mironovla nikahdan sonradan teatr və kino aktrisası kimi tanınacaq qızı Mariya Mironova dünyaya gəlib.

Aktrisa Yekaterina Qradovanın tamaşaçı kütləsi tərəfindən ilk dəfə tanınması 1969-cu ilə təsadüf edir. MXAT məktəb-studiyasının 4-cü kurs tələbəsi olarkən Mayakovski adına Moskva akademik teatrının "İstedadlar və pərəstişkarlar" tamaşasında baş rol olan Aleksandra Negina obrazını ifa edir. Həmin tamaşa rus teatrının ən görkəmli xadimləri tərəfindən səhnəyə qoyulmuşdu: quruluşçu rejissor Mariya Knebel, rəssam Yuri Pimenov, aktyorlar V. Orlova, Q. Kirillov, Vladimir Samoylov, Q. Anisimova, Aleksandr Lazarev, Maksim Ştraux və başqaları.

Aktrisa ən böyük şöhrətini isə 1973-cü ildə "Baharın on yeddi anı" çoxseriyalı bədii televiziya filminin ekranlara çıxmasından sonra qazandı. Qradova həmin filmdə Ket rolunu ifa etmişdi.

Sonrakı illərdə Qradova Satira Teatrının heyətinə qəbul edilmiş və 1987-ci ilə qədər orada çıxış etmişdir. Lakin 1980-ci illərin sonunda aktyorluq peşəsi Yekaterinanı darıxdırmağa başladı. O, həm teatrı, həm də kinonu tərk etdi. Aktrisanın fəaliyyətində son işi rəmzi olaraq, "Sonuncu" adlanan tamaşa olmuşdur.

1990-cı illərin əvvəlində din və Allaha inam barədə düşünməyə başlayır. O, xeyriyyə fondu təsis edir, yetim uşaqlara və kimsəsiz qocalara kömək etməyə başlayır. Bundan başqa Qradova Müqəddəs Tixon ilahiyyat institutunu bitirmiş, gimnaziya və məktəblərdə özünün yaratdığı "Canlı söz" fənnini tədris etməyə başlamışdır. Onun dərsləri İncil və rus klassik ədəbiyyatına əsaslanır. Həmçinin keçmiş aktrisa olaraq, "Müjdəçilər" (rus. Вестники) Ümumrusiya uşaq pravoslav hərəkatında kinoklubda məşğələlər aparır.

Ailəsi

  • Atası — Georgi Aleksandroviç Qradov (1911–1984) — memar.
  • Anası — Raisa İvanovna Qradova (1923–2011) — teatr aktrisası.
  • Birinci həyat yoldaşı — aktyor Andrey Mironov (1971–1976)[7]
    • qızı — aktrisa Mariya Andreyevna Mironova (d. 28 may 1973[8], yaxud 1974[9])
      • nəvəsi — Andrey Udalov-Mironov (d. 4 iyun 1992)
  • İkinci həyat yoldaşı (1991-ci ildən) — İqor Timofeyev, nüvə fizikası üzrə keçmiş mütəxəssis, informasiya texnologiyaları ilə məşğul olmuş və Yekaterina Qradovanın kürəkəni İqor Udalovun rəhbəlik etdiyi "ИнтерВИД" şirkətində çalışmışdır. Yekaterina Qradova və İqor Timofeyev Optina monastırı ziyarətində tanış olublar.
    • götürmə oğlu — Aleksey Suxoverkov (d. 1992) (Nikah mərasimindən sonra uşaq evindən götürülüb)[10]

Yaradıcılığı

Mayakovski adına Moskva akademik teatrı

  • 1969 — "İstedadlar və pərəstişkarlar" (Aleksandr Ostrovski) — A.N. Negina
  • 1969 — "Altıncı kitabın sonu" — Kristina

Moskva akademik Satira teatrı

  • 1970 — "Zaman əsirlikdədir" — Vsevolodun arvadı
  • 1970 — "Müdaxilə" — Janna Barbye
  • 1971 — "Don Kristobalın oyunbazı" — Rosita
  • 1972 — "Dilin altındakı həb" — Svetlana
  • 1973 — "Qəribə adam" — Mariya
  • 1973 — "Böyük evin kiçik komediyaları" — qadın
  • 1973 — "Uzuncorab Peppi" — Fröken Rozenblüm
  • 1974 — "Cırtdan" — müxbir
  • 1974 — "Bizim 50 yaşımız var!"
  • 1974 — "Şillə" — Sonya Zaxarova
  • 1975 — "Köpük" — Viktorina
  • 1975 — "Təmir" — Zalesskaya
  • 1978 — "Dilin altındakı həb" — Svetlana
  • 1979 — "Fenomenlər" — Lariçyeva
  • 1980 — "Xoruzun yuvası" — İskra
  • 1980 — "Qəribə adam" — Nihal
  • 1981 — "Vəhşi pullar" — Lidiya Çeboksarova
  • 1987 — "Sonuncular" — Sokolova

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1967Payız toylarırus. Осенние свадьбыMarina
1973Baharın on yeddi anırus. Семнадцать мгновений весныKatya Kozlova
Ketrin Kin
1976Doğuluşrus. РождениеKseniya
1979Görüş yerini dəyişmək olmazrus. Место встречи изменить нельзяSvetlana Petrovna Volokuşina
1998Yeni əhvalat. Baharın on yeddi anı 25 il sonrarus. Новейшая история. Семнадцать мгновений весны 25 лет спустяepizod

Teletamaşalar

  • 1971 — Baskervillərin iti (film-tamaşa) — Beril Steplton
  • 1971 — Qadın monastırı (film-tamaşa)
  • 1971 — İstedadlar və pərəstişkarlar — Aleksandra Negina
  • 1974 — Böyük evin kiçik komediyaları — aşiq qadın
  • 1978 — Çao! (film-tamaşa)
  • 1978 — Dilin altındakı həb — Svetlana
  • 1987 — Xoruzun yuvası — İskra

Mükafatlar

İstinadlar

  1. Родовид. "Георгий Александрович Градов р. 1911 ум. 1984" (rus). Rodovid. 17.12.2012. 2018-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08.
  2. Kov. "Градова Екатерина - Российские и советские актеры" (rus). Rusakters.ru. 17.12.2008. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08.
  3. "Архитектурная фамилия". 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  4. Екатерина Градова
  5. "ВТУ им. Б.Щукина. Курс Ц.Мансуровой Выпуск 1950 г." 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  6. "Школа-студия МХАТ: 1960—1969". 2015-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  7. "Династия Мироновых". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  8. "Телефонный справочник Москвы". 2018-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  9. "Официальный сайт Марии Андреевны Мироновой" (rus). 2012-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  10. "Вечный Зов — российская православная газета. С любовью к Богу и России". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  11. Указ Президиума Верховного Совета СССР № 7425-Х от 28 июня 1982 года.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.