Yekaterina Qabaşvili

Yekaterina Qabaşvili (tam adı: Yekaterina Revazovna Qabaşvili, gürc. ეკატერინე რევაზის ასული გაბაშვილი; 16 iyun 1851[1], Qori, Tiflis quberniyası, Rusiya imperiyası[2]7 avqust 1938[2][1], Axalkalaki[d], Gürcüstan SSR, SSRİ) — Gürcüstan yazıçısı və ictimai xadimi. Qadın hüquqlarının müdafiəsində ilk Gürcü feministlərdənaktivistlərdən biri.[3]

Yekaterina Qabaşvili
gürc. ეკატერინე გაბაშვილი
Doğum tarixi 16 iyun 1851(1851-06-16)[1]
Doğum yeri
Vəfat tarixi 7 avqust 1938(1938-08-07)[2][1] (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti yazıçı, memuarçı, esseist
Əsərlərinin dili gürcü dili
Janr nəsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qabaşvili knyaz nəslindən olan Yekaterina Revazovna Qabaşvili Aristokrat ailədə anadan olub. Gürcüstanın tənqidi realizminin tanınmış nümayəndələrindən biri olmuşdur. Gürcü ədəbiyyatına ilk o, kiçik bir nəsr janrını -qısa hekayə, esse təqdim etmişdir. Yazıçının ədəbi fikirləri rus inqilabçı demokratların və XIX əsrin "altmışlar"ın təsiri altında formalaşmışdır.Yaradıcılığına İlya Qriqoryeviç Çavçavadzenin xüsusi təsiri olmuşdur. Tbilisidə Didube panteonuda dəfn edilib. Oğlu, Revaz Qabaşvili tanınmış gürcü publisisti və siyasətçisidir.[4]

Yaradıcılığı

1870-ci ildə "Droyeba" ("Vaxt") qəzetində yazıçı kimi başlamışdır. Müharibə öncəsi Gürcüstanda kənd müəllimlərinin və kəndli həyatının qayğısı ilə bağlı bir neçə sentimental romanhekayənin müəllifidir. Əsərlərində köçkünlərin həyatını, Gürcüstan kəndinin sosial və iqtisadi ziddiyyətlərini ("Didichevi romanı", 1881, "Kona", 1881, "Oren və Kucha", 1883) , öz güclərini xristianlığa həsr etmiş kəndli ziyalı nümayəndələrinin obrazlarını ("Kənd müəllimləri" ("Soplis Mastsavlebeli"), "Qamardjvebuli Niko" və digərləri) təsvir etmişdir. Bir sıra romanlarında sosial bərabərsizlik şəraitində qadınların faciəli taleyini ("Müxtəlif nikahlar" ("Sxva da sxva qvari kortsili") 1881, "Buludlu" ("Prtebdaqledjili") 1912), Gürcü feodal aristokratiyası parçalanma prosesini ("Benaur № 3", 1898) əks etdirir. Bundan əlavə, o, uşaqlar üçün hekayələr ("Lurdja Maqdana", "Mşieradze ailəsi", "Tinas Lekuri", "Çveni kaklis heh" və s.) yazmışdır. [5] Həyatının sonunda, o, maraqlı xatirələr və seçilmiş əsərlərin bir neçə toplusunu nəşr etdi. 1955-ci ildə Qabaşvilinin ən gözəl hekayələrindən birinə əsasən kinorejissorlar Tengiz AbuladzeRezo Çxeidze, Kann beynəlxalq kinofestivalı (1956) və Edinburq Beynəlxalq Film Festivalı (1956) ilə mükafatlandırılmış " Maqdananın Lurcası " filmini çəkdilər.[6]

İstinadlar

  1. National Library of Israel Names and Subjects Authority File.
  2. Габашвили Екатерина Ревазовна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян, В. М. Карев и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 2 А — Баяр, 2005. — 960 с.: ил.
  4. "Биография Екатерина Габашвили". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  5. Они внесли весомый вклад в грузинскую литературу
  6. The international film festivals at Cannes and Edinburgh.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.