Yekaterina Pavlovna
Yekaterina Pavlovna (Rusca: Екатерина Павловна) (d. 10 may 1788 - ö. 9 yanvar 1819) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın dördüncü qızıdır.[2][3][4]
Yekaterina Pavlovna | |
---|---|
Екатерина Павловна | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Yekaterina sarayı, Sankt Peterburq, Rusiya imperiyası |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | monarx |
Atası | I Pavel |
Anası | Mariya Feodorovna |
Həyat yoldaşı |
Pyotr Frederik I Uilyam |
Uşağı | 4 uşaq |
Dini | Rus Pravoslav Kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yekaterina Pavlovna, I Pavelin 4-cu qızı olaraq 1788-ci ildə Çarski Selo sarayında anadan oldu. O, nənəsi Böyük Yekaterinanın adını daşıyırdı. Həyat dolu və gözəl olaraq təsvir edilən Yekaterinanın xoşbəxt uşaqlığı olub və təhsili anasının xüsusi diqqəti ilə izlənirdi. Bu səbəbdən Yekaterina yaxşı təhsil almışdı və ədəbi kitablar oxuyub, müxtəlif məşhur insanlarla tanış olmaqla daha da irəliləyirdi. Ailəsində əsasən Katya olaraq çağırılan Yekaterinanın qardaş və bacıları ilə, əsasəndə çar Aleksandrla əlaqəsi yaxşı idi. O həyatının sonuna kimi ən səmimi əlaqələrini onunla saxlamışdı. Onun Aleksanderin ən sevimli bacısı və şərtsiz Aleksandrın həyatındakı ən dəyərli insanlardan biri olduğu deyilirdi. Onun Yekaterinaya yazdığı məktublarda "Mən səninəm, qəlbim və ruhum, ömrümün sonuna kimi", "Düşünürəm ki səni hər keçən gün daha da çox sevirəm", "səni məndən daha çox sevmək imkansızdır" kimi cümlələrə rast gəlinir. Pavel və Mariyanın arasında Yekaterinanın doğumundan sonra konfliktlər mövcud olsa da, o daha sonra anasının ən sevimli qızına çevrilir.
Birinci evliliyi
Napoleon müharibələri hələ davam edərkən, uşağı olmayan Napoleon istəkli ancaq qoca həyatı yoldaşı Jozefina Boharnedən boşanıb kral ailələrindən birinin üzvü ilə evlənmək,bununla da taxta daha layiqli şahzadə istəyirdi. Boşanma 1810-da olmasa da, Napoleon yeni həyat yoldaşı axtarışında idi. Daha sonra o Yekaterina ilə evlənmək qərarına gəldi — bu yolla Rusiya ilə əlaqələri gücləndirmək də mümkün idi. Məsələ 1808-ci ildə Talleyrandın başcılığı altında Erfurtda, fransızlar və ruslar arasında baş verən iclasda elan edildi. Dul qalan imperatriçə Mariya Feodorovna qızını öz bacısı oğlu Oldenburq hersoqu Corcla evləndirməyi qərara aldı. Bununla da Yekaterina özündən təxmini 20 yaş böyük Napoleonla evlənməyəcəkdi.
Nəsili
Çarlz Fridrix | |||||||||||||
III Pyotr | |||||||||||||
Anna Petrovna | |||||||||||||
Rus çarı I Pavel | |||||||||||||
Kristian Avqust | |||||||||||||
II Yekaterina | |||||||||||||
Yohanna Elizavet | |||||||||||||
Yekaterina Pavlovna | |||||||||||||
Çarlz Aleksander (Vürttemberq hersoqu) | |||||||||||||
II Fridrix Yevgeni | |||||||||||||
Mariya Avqusta | |||||||||||||
Mariya Feodorovna | |||||||||||||
Fridrix Uilyam (Brandenburq-Şvedts markqrafı) | |||||||||||||
Frederika Doroteya | |||||||||||||
Prussiya şəhzadəsi Sofiya Doroteya | |||||||||||||
Mənbə
- Deutsche Nationalbibliothek Record #118560603 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Arturo Beeche. The Grand Duchesses
- Detlef Jena. Katharina Pawlowna. Großfürstin von Russland - Königin von Württemberg
- W. Bruce Lincoln. The Romanovs: Autocrats of All the Russians