Yekanlar

Yekanlar — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.[2][3]

kənd
Yekanlar
40°38′55″ şm. e. 44°02′40″ ş. u.
Ölkə  Ermənistan
Region [[Şörəyel mahalı]]
Rayon [[Ərtik rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.900 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.809 nəf. (2011)[1]
Rəsmi dili
Yekanlar xəritədə
Yekanlar
Yekanlar

Tarixi

Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Yeğanlar, Yegilər, Yeginlər, Yeğanlar, Yegilar formasında da göstərilir[4][5]. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.

Toponimi

Toponim yeqanlar tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[7][8]. Yerli tələffüz forması Əkənlər. 1878-ci ildə kəndin əhalisi qovul-duqdan sonra 1880-cı illərdə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir[9][10]. 1946-cı ildə kənd ermənicə Arevşat adlandırılmışdır. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Kəndin əsasını qoymuş nəslin adıdır. "Kitabi-Dədə Qorqud"da Qazılıq Qoca oğlu Yekən еponimi ilə səslənir. Qızılbaşların Ustaclı tayfasının Yeqan qolunun adındandır. XIX əsrdə Lənkəran qəzasında Yeqənkənd kənd adı[11][12] ilə mənşəcə eynidir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1969-cu il fermanı ilə adı dəyişdirilib Arevşad qoyulmuşdur.

Əhalisi

Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya 1828–30-cu illərdə Qars vilayətinin Bqlek və Camışlı kəndlərindən, Sarıqamış və Ərzurum bölgələrindən köçürülmüş[5] və azərbaycanlılar deportasiya olunmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јеканлар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 189.
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.24
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.430
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.91
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  8. Дневник Закария Акулисского. Ереван, 1939.
  9. Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları Bakı, 1996.
  10. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  11. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  12. Дневник Закария Акулисского. Ереван, 1939.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.