Yedigey

Yedigey (d. 1352 – ö. 1419) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.

Yedigey
Doğum tarixi 1352 və ya 1352
Doğum yeri
Vəfat tarixi 1419
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d], siyasətçi, bəylərbəy[d]

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.