Yeddiqüllə zindanları

Yeddiqüllə zindanları və ya müşahidə qalası mövqeyində olduğu üçün Yeddiqüllə qalası da adlandırılır — İstanbulunTürkiyənin ən qədim tarixi abidələrindən biri. İmperator I Theodosiusun (390) əmri ilə bir qələbə rəmzi olaraq inşa olunub, II Theodosius (403-450) tərəfindən valisi Anthemiusa tikdirilən şəhər qala divarları ilə birləşdirilmişdir. Sarayburnudan Bakırköyə uzanan sahil yolu kənarında yerləşirir. Hər bir tarixi abidə kimi bu əsər də qədim və mühüm bir tarixə malikdir[2].

Yeddiqüllə zindanları
türk. Yedikule Hisarı
40°59′35″ şm. e. 28°55′24″ ş. u.
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Yerləşir Fateh[1]
Sifarişçi II Mehmed
Tikilmə tarixi 1458
Üslubu Osmanlı memarlığı
Yeddiqüllə zindanları (İstanbul)
Yeddiqüllə zindanları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zindanın quruluşu və Qızıl qapı

Binanın daxili həyəti, ortada bir minarə və bulaq qalığı, qarşıda Qızıl qapı

Binanın daxili həyəti, ortada bir minarə və bulaq qalığı, qarşıda Qızılqapı yerləşir.

Yeddiqüllə əslində adı kimi bir zindan yaratmaq məqsədi ilə deyil, Bizansa qonaq gələn kralları və xarici sarayların mənsublarını möhtəşəm bir şəkildə qarşılamaq üçün tikilib. Türk Tarix Qurumunun apardığı araşdırmalara və əldə edilən tarixi məlumatlara görə, başlıqda qeyd olunan Qızıl qapı bir qələbə qəti olaraq dövrün Bizans imperatoru Theodosius inşa etdirib. II Teodosiosdan sonra taxta keçən oğlu da dörd dənə yüksək müşahidə qülləsindən ibarət qalanı qapı ilə birləşdirdi[3].

Fateh Sultan Mehmet Qüllələri qarnizona çevirdi

Tarix bu inkişafdan sonra çox irəli getmişdi və bütün dünya tarixini əsrlər keçirən İstanbulun fəthi ilə şəhəri ələ keçirən Fateh Sultan Mehmet, quruluşa daha üç qüllə tikdirdi və tam yeddi ədəd qüllə oldu. Bundan başqa, qalaya qala divarları da tikdirib qüllələri birləşdirən padşah, burada bir qarnizon təşkil etdi. Beləliklə, Bizans və Osmanlı mədəniyyətləri inteqrasiya olunmuş oldu[4].

Yeddiüqllə zindanlarının xronologiyası

  • 532- Latın istilası zamanı Qızıl qapı böyük zərər gördü, amma 1 il sonra təmir edildi.
  • 868- Yeddqüllədəki mərmərlərin yaratdığı qüllələrin arasında yer açılaraq həbsxana kimi istifadə edildi.
  • 1458-1789-cu illərdə Osmanlı xəzinəsi bu qalada saxlanılırdı.
  • 1430-1800-cü illərdə Qüllələr dövlət həbsxanası kimi istifadə olunurdu.
  • 1766-İstanbulda olan zəlzələ nəticəsində ziyan görmüşdür amma sonradan təmir edilmişdir.
  • 1851- Abdülməcid dövründə heyvanat bağçası kimi istifadə edilib.
  • 1871-1875 - Yeddiqüllə bu illərdə Qız Sənət Evi idi.
  • 1876- Bu dövrdə elan edilən 1-ci Məşrutə prosesində həbsxana kimi istifadə edilməsi istənilmiş ancaq bu, baş tutmamışdır.
  • 1968- Bu tarixdən bəri Yeddüqüllə zindanları, İstanbul Qalalar Muzeyi İdarəsinə verilmişdir.
  • 2004- Yeddiqüllə qalası xüsusi bir şirkətə təhvil verilib.
  • 2004- Şehristanbul Dərnəyi qanunsuz şəkildə təhvil verilən Yeddiqüllə qalanın dövr qərarının ləğvi üçün məhkəməyə müraciət etdi.
  • 2006- İstanbul 1-ci İdarə Məhkəməsi Şehristanbul Cəmiyyətinin müraciətini qəbul edib və Maliyyə Nazirliyi tərəfindən xüsusi bir şirkətə təhvil verdiyi qərarını yekdilliklə ləğv edib.
  • 2008- Danıştay 13-cü Dairəsi 24.12.2008-ci il tarix və 2008/8294 saylı qərarı ilə İstanbul 1 idareə Məhkəməsinin qərarını təmin etdi.

Zindan adını alan Yeddiqüllə

Bir qüllənin iç quruluşu

Dördü Bizans imperatorlarının, üçü isə Fateh Sultan Mehmetin tikdirdiyi yeddi ədəd qüllədən adını alan bu tarixi abidənin hər bir qülləsinə ad verilmişdir. Bu qüllələri adları və qısa tarixləri belədir:

Gənc Osman qülləsi

Bu qüllənin osmanlı tarixinin ən gənc padşahlarından II Osmanın adını alma səbəbi əslində padşahın qətlə yetirildiyi yerin burada olmasıdır[5]. II Osmandan başqa Yeddiqüllə zindanlarında həbs edilən digər tanınmış dövlət adamları Trabzon Rum İmperatoru David Kommenos və oğulları, son Abbasi Xəlifəsi IV Mütəvəkkil və Krım Xanı Məhəmməd Gəraydır.

Cəbhəxana qülləsi

Adından da göründüyü kimi dövlətə bağlı olduğu prosesdə hərbi sürsat anbarı kimi istifadə edilmişdir. Bundan başqa, iki həbsxana xaricində dövlət cinayətkarlarının həbs edildiyi zindanlardan da biri idi.

III Əhməd qülləsi

Bu qüllə günümüzə qədər qalmamışdır və zəlzələlər nəticəsində dağılmışdır. İnqilabçı padşah III Əhmədin adını almasına səbəb tikinti və təmirinə bu padşah tərəfindən böyük töhfə verməsi və mərtəbələrinin girişlərlə bərkidilməsini təmin etmiş olmasıdır.

Xəzinə qülləsi

Yeddiqüllə zindanlarının xronologiyasında da gördüyünüz kimi bu qala bir dövr sərvətlərin mühafizə edildiyi yerdir. Dövlətin sahib olduğu bu xəzinə, Xəzinə qülləsində saxlanılırdı. Lakin daha sonra III Murad dövründə xəzinə saraya köçürülüb. Qüllənin tarixindəki digər bir hadisə isə dərhal yanında olan "Yanan qəsr" köşkündə baş verən yanğından təsirlənməsi lakin daha sonra təmir olunmasıdır. Köşkün "yanan" adını almasının səbəbi də bu yanğındır.

Zindan qülləsi

Kitabələr Qülləsi adıyla da tanınır. Zindan kimi istifadə edilən iki qüllədən biridir. İçində yerləşən taxta mərtəbələr yanğın zamanı yanaraq dağılmışdır.

Top qülləsi

Yanğın zamanı yanan digər bir qüllədir. Həbsxana kimi də istifadə edilmişdir.

Bayraq qülləsi

Qızıl qapının üstündəki qaladır. Yeddi qurğu arasında ən yaxşı vəziyyətdə olanıdır. Bayrağın dalğalandığı yer olması səbəbindən yeniçəri elçilər burada keşik çəkərdi. Möhkəmliyini bu gün də saxlamaqdadır.

Əlavə məlumatlar

  • Qızıl Qapıya doğru uzanan yolun adı Trimphalis yoludur. Bu yola qırmızı xalça sərilir və qonaq krallar burada qarşılanardı.
  • İstanbulun ən qədim məscidi Yeddiqüllənin yanındadır. Fateh qüllə tikintisi zamanı məscidi də bu ərazidəə tikdirmişdir.
  • Kəsilən başlar "Gənc Osman Qülləsi"ndə yerləşən Qanlı quyuya atılırdı. Bu quyu hələ də ziyarətə açıqdır.
  • Abidənin bir başqa tarixi əsəri isə "Qorxul zənciri"dir. Bu zənciri bərpa zamanı işçilər təmir üçün inşa etmişdir, lakin təmir bitəndən sonra bu zəncir yerində qalmışdır.

1968-ci ildən 2004-cü ilə qədər İstanbul Qalalar Muzeyi İdarəsinə bağlı olan Yeddiqüllə qala və zindanları, günümüzdə mədəni tədbirlərin və konsertlərin tərtib edildiyi bir muzey olaraq istifadə edilir[6].

Xarici keçidlər

  1. archINFORM (alm.). 1994.
  2. "Yedikule Hisarı ve Zindanları". 2014-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
  3. "Yedi Tepeli İstanbul'un Yedi Kuleli Zindanları". 2011-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
  4. "Yedikule Zindanları İstanbul'u güneybatı'dan çevreleyen kara surları ve kuleler topluluğudur". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
  5. "Yedikule Hisarları, İstanbul'un en önemli açık hava müzelerinden birisidir". 2015-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
  6. Zindanları-Müzeler
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.