Yeddinöqtəli parabüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar
Yeddinöqtəli parabüzən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstə: Yarımdəstə: Polyphaga İnfradəstə: Cucujiformia Fəsiləüstü: Coccinelloidea Fəsilə: Yarımfəsilə: Coccinellinae Cins: ???: Yeddinöqtəli parabüzən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Biologiyası
Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir. Sürfələrin üzərində sarımtıl-qırmızı nöqtələr olur. Uzunluğu 3-10 mm-ə çatır, üzəri tükcüklərlə örtülür.Puplama fazası qidalandığıyerlərdə baş verir. Bu zaman sürfələr arxa hissəsi ilə özlərini yarpağa yapışdırırlar. Pupuları 6-7 mm olur. [3]Temperaturdan asılı olaraq 3-5 gündən sonra pupdan böcək çıxır. 10-12 gündən sonra cavan böcəklər də yumurta qoyurlar. Bu proses bizim şəraitdə iyul ayının sonunda baş verir. İkinci nəsil iyulun sonu, avqustun əvvəlindən başlayır. İsti yay günlərində bükülmüş yarpaqların içində, ağacların koğuşunda və s. gizli yerlərdə yay sükunəti (diapauza) dövrü keçirirlər. Bu mərhələ yalnız isti deyil, həm də qida çatışmamazlığı ilə əlaqədardır. İkinci nəsildən sonra qışlamaya hazırlaşan böcəklər çox sürətlə qidalanırlar. Oktyabr ayının sonu, noyabrın əvvələrində bunlarda tam qışlama dövrü başlayır. Ümumiyyətlə, parabüzənlərin bütün həyatıi proseslərinin intensivliyi: qidalanması, sürfələrin qabıq dəyişməsi və ümumi inkişafının sürəti temperaturdan asılıdır.
Yayılması
Azərbaycan, o cümlədən də Muxtar Respublika üçün adi növdür, bütün təbii zonlarında və əksər biotoplarda və stansiyalarda yayılıb.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Ali M., Ahmed K., Ali S., Raza G., Hussain I., Nafees M. A., Anjum S. I. An annotated checklist of Coccinellidae with four new records from Pakistan (Coleoptera, Coccinellidae). (ing.). // ZooKeys / T. L. Erwin Sofia: Pensoft Publishers, 2018. Vol. 803, Iss. 803. P. 93–120. ISSN 1313-2989; 1313-2970 doi:10.3897/ZOOKEYS.803.22543 PMID:30643484
- A.Mehdiyev, M.M.Seyidli. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi.
Ədəbiyyat
- A.Mehdiyev, M.M.Seyidli. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi.
- B.İ.Ağayev. Ümumi entomologiya I-II hissələr. Bakı 1979-1981
- A.M.Mehdiyev. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları.