Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir[1]. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi adalar | |
---|---|
rus. Семь островов | |
Ümumi məlumatlar | |
Adaların sayı | 7 |
Əhalisi | 0 nəfər (2003-cü il) |
Yerləşməsi | |
68°47′11″ şm. e. 37°25′37″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Belə ehtimal edilir ki, bölgənin köklü əhalisi olan saamilər adaların mövcudluğu barədə hələ XIII—XIV əsrlərdən bilirdilər. 24 avqust 1597-ci ildə adaların yaxınlığından Villem Barensin 3-cü ekspedisiyası keçmişdir. Arxipelaq ərazisi bütünlüklə Kondalaşk qoruğu ərazisinə daxildir[2].
Vaxtı ilə Xarlov adasında Semiostrovnoye qəsəbəsi vardı. 1942 - 2009-cu illərdə burada əlçatmaz hidrometeoloji stansiya fəaliyyət göstərirdi («Xarlov adası»[3]). Bu stansiya 1912-1940-cı illərdə adanın qarşı tərəfində, materikdə yerləşirdi. Hazırda isə fəaliyyətini dayandırmışdır.
Adaların sahillərində qabarmanın hündürlüyü 3,0 metrdir[1].
Burada ən böyük quş koloniyaları kuvşin və Xarlov adalarında müşahidə edilir.
Adaların siyahısı
Adı | Koordinatları | Maksimal hündürlüyü |
---|---|---|
Xarlov | 68°48′35″ şm. e. 37°20′10″ ş. u. | 117,5 |
Böyük Zelensov | 68°47′25″ şm. e. 37°25′13″ ş. u. | 50,4 |
Kiçik Zelensov | 68°47′12″ şm. e. 37°26′27″ ş. u. | 28,0 |
Veşnyak | 68°45′58″ şm. e. 37°30′18″ ş. u. | 82,6 |
Kuvşin | 68°44′25″ şm. e. 37°31′38″ ş. u. | 74,3 |
Böyük Liski | 68°41′45″ şm. e. 37°44′05″ ş. u. | 59,1 |
kiçik Liski | 68°41′36″ şm. e. 37°46′01″ ş. u. | 20,6 |
Arxipelaqın tərkibinə Xarlovskiye Balışı, Luda, Sikov və bir çox digər kiçik adacıqlar daxildir.
İstinadlar
- "Topoqrafik xəritə". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- "Постановление ВЦИК, СНК РСФСР от 20.05.1938 «Об образовании полного государственного заповедника по гаге и птичьим базарам на островах Харлово»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- "Труднодоступная станция (ТДС) «Остров Харлов»". 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.