Yaylaq

Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. BöyükKiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur.

Yaylaq

Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir.

Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıqdəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adları ilə adlanırdı. (Əmirəhmədin yurdu, Nəbi yurdu, Eldar yaylağı və s.)

Mənbə

  • ASE, V cild, Bakı, 1981, səh. 50
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.