Yayd
𐕡 (səslənməsi /w/, transkripsiyası W, w) — Alban əlifbasının 50-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Յայդ (Yayd) kimi verilmişdir. Bütün tədqiqatçılar bu cür adlandırma və transkripsiya ilə razıdır.[1] Bu hərf On hərfindən sonra gələndə diqraf yaradır və /u/ səsini verir.[2] Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔵𐕒𐕡 | zu | mən | zu |
𐔱𐕒𐕡𐔾 | bul | baş | bul |
𐕢𐕒𐕡𐔾 | pul | göz | pul |
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /w/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 500000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10561 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Jost Gippertin fikrincə bu hərf həm də Aor hərfi ilə birləşərək Ün diqrafını yaradır. Bundan əlavə, bu hərf həmçinin özündən əvvəlki saitlərə qoşularaq ona dodaqlaşma effekti verir. Məsələn, alb. 𐔰𐕡𐔲𐕒𐕡𐕚𐕜𐕒𐕚 (Awgusṭos) 'Avqust' kimi.[2] Mingəçevir yazılarında da bu hərfə dəfələrlə rast gəlinmişdir.
İstinadlar
- Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması)
- J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-10
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.