Yaya (ada)
Yaya — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Ada 2013-ci ildə aşkarlanır[1]. Adanın hündürlüyü 1 metrdən az, laqunlarla birlikdə ölçüləri 370-125 civarındadır. Adanın sahə 500 m²[2][3][4] və ya 0,0005 km² təşkil edir[5]. Bununla da Rusiya ərazisi 452 mil² artmışdır[4][6][7] (digər məlumata görə 452 km²)[8] Dəniz sularında Rusiyanın ekonomik zonası genişlənmişdir.
Yaya adası | |
---|---|
saxa Яя | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,0005 km² |
Hündür nöqtəsi | 1 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
73°59′25″ şm. e. 133°05′28″ ş. u. | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Açılış tarixi
Ada Tiksidən Temp aerodromunа (Koltelnıy adası) uçuş zamanı 2013-ci ilin sentyabrında[9] ikin Mil Mi-26 helikopterinin ekipajları tərəfindən aşkarlanır (Rusiya hava nəqliyyatının rəhbəri Bladimir Rukavişina). Helikopterlərdən birinin komandiri Aleksandr Matveyev şturmana GPS-naviqatorta adanın yerinin qeyd edilməsini istəyir. Növbəti uçuş zamanı ekipaj üzvləri nəqsədyönlü şəkildə adanı axtarmağa cədh göstərirlər. Naviqatorda olan qeydə görə ada aşkarlanır. Helikopterin ekipajı: Helikopterik kapitanı Aleksandr Matveyev; komandir köməkçisi Pavel Sayapin; şturman Vasili Ryabnin; iknci texnik Aleksandr Karuna; bort texniki Lilian Postu.
Tarixçi, coğrafiyaşunas Sergey Rıjı adanın adlandırılmasına açıqlama gətirmişdir[10]:
Adanın aşkarlanmasından sonra ilk əvvəllər ona Baumti adının verilməsi düşünülürdü. Beləki, ada xariçi görünüşünə görə Baumti sokoladını xatırladırdı[11]. Adanın kim tərəfindən aşkarlanması məsələsi ortaya gələrkən hərkəs Mən, mən, mən! (rus. Я, я, я!) deyərək səsləndilər. Bundan sonra adanın adının ruscadan tərcümədə mən anlamını verən yaya adı verilmişdir.
2014-cilin aprelində ada üzərində növbəti uçuşlar həyata keçirilmiş onun şəkilləri çəkilmişdir. 23 sentyabr 2014 ildə Baltik donamasına aid «Admiral Bladimirski» gəmisi sahilə yan alır və adaya ilk dəfə insanlar enir [12].
Adanın yaraması haqqında fikirlər
Ust-Lena qoruğunun direktoru Aleksandr Qukov adanın XX əsrin ortaları formalaşmışdığı ehtimal edir. Beləki, P. F. Anjunun xəritəsində Semyonovski, Vasilevski, Fiqurina, Meyerkuriya, Diomid adaları göstərilsədə sonradan buzların ekzarasiya fəaliyyəti nəticəsində yoxa çıxmışlar. Yaya adasında isə əks hadisə baş vermişdir. Buzların qazıyıcı fəaliyyəti nəticəsində suxurlar bir yerə toplanaraq ada əmələ gətirmişdir.
Sonradan Aleksand Qukov adanı araşdırarkən onun 1930-cı illərdə mövcud olmuş Vasilevski adasının yerində yenidən əmələ gəldiyini bildirir.
İstinadlar
- Макаров, Дмитрий. "Территория России пополнилась новым островом". Вести.ру. 4 декабря 2013. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
- Журнал «География и экология в школе XXI века», № 2/2014, стр. 14—18.
- В Северном Ледовитом океане открыт новый остров Arxivləşdirilib 2021-08-01 at the Wayback Machine Вокруг света
- Россия обрела новый остров в Северном Ледовитом океане Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine New Russian News Русское новостное агентство. Октябрь 8, 2014
- Российские учёные подтвердили существование острова Яя Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine // Наука и технологии России, 30 сентября 2014 года.
В данном источнике приводится ошибочный показатель площади острова как 46250 м² (или 0,046250 км²), выведенный как произведение сторон идеального прямоугольника со сторонами 370 и 125 м - Laptevlər dənizində yerləşən Yaya adasınıa ilk dəfə insan ayağı dəymişdir Arxivləşdirilib 2022-03-14 at the Wayback Machine 01 10 2014, СеверПост
- Новый остров Яя в море Лаптевых увеличил территорию России Arxivləşdirilib 2022-08-01 at the Wayback Machine 9/10/2014. Клуб Моя Планета
- Яя наш! Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine Газета. Ру (11.10.2014, 10:57)
- "Ust-Lena qoruğunun direftoru:Rusiyanın Laptevlər dənizində hövzəsində aşkarlanır". 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
- Таюрский, Владимир. "Rusiyada baumtiyə bənzər ada kəşf edilmişdir". Rusiya qəzeti. 4 декабря 2013. 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
- "Кадр из рекламы, в котором видна форма острова". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
- "Экспедиция судна «Адмирал Владимирский» подтвердила существование острова Яя. 30.9.2014". 2014-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.