Yaycı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1]
Yaycı | |
---|---|
38°56′34″ şm. e. 45°43′55″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır.[2]
Tarixi
Əhalisi
Əhalisi 6343 nəfərdir.[5]
Tanınmış şəxsləri
- Nağı Nağıyev — yazıçı, dramaturq;
- Həsən Abdullayev — Azərbaycan fiziki, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, SSRİ EA-nın müxbir üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti, AEA Fizika İnstitutunun direktoru (1956–1993);
- Məhərrəm Məmmədyarov — kimyaçı alim, kimya elmləri doktoru, AMEA həqiqi üzvü (2001), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), AMEA Mikrobiologiya İnstitutunun direktoru (1994–2002);
- İbrahim Süleymanov — Naxçıvan MSSR Torpaq Komissarı;
- Məmməd Məmmədov — ADU-nun (indiki BDU) prorektoru (1982-1989), fizika fakültəsinin professoru;
- İsmayıl Məmmədov — Naxçıvan MSSR Kommunal Təsərrüfat naziri (1974), Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədovun atası;
- Hacı Hacıyev — baytarlıq üzrə alim, elmlər doktoru, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru (1978), Azərbaycan EA müxbir üzvu;
- Məmməd Əsgərov — Dövlət xadimi, Azərbaycan KP MK-nın üzvü(1960–1983), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977-1985), Sosialist Əməyi Qəhrəmanı (1973);
- Hüseyn Abdullayev — iş adamı, bəstəkar, MM üzvü (2005–2007);
- Kərim Yaycılı — mühacir şair
İstinadlar
- Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.
- "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.