Yava dənizi
Yava dənizi— Sakit okeanın qərbində dəniz. Malayya arxipelaqında Kalimantan, Sulavesi, Sumatra və Yava adalarının arasındadır. Zond boğazı Yava dənizini Hind okeanı ilə birləşdirir. Sahəsi — 552 min km², orta dərinlik — 111 m, suyun həcmi 61 min km³, suyunun temperaturu 27-29 °C, duzluluğu 29.5-33.5%-dir. Səth axınları qışda şərqdən qərbə, yayda qərbdən şərqə hərəkət edir. Qabarmalar (hündürlüyü 1.4m-dək) olur. Balıq ovlanır, mirvari əldə edilir. Ən dərin yeri 1272 m-dir. Portları: Cakarta, Semaranq, Bancarmasin, Surabaya
Yava dənizi | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Dərin yeri | 67 m |
Yerləşməsi | |
5° c. e. 110° ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yava dənizi IV Buz dövrünün sonunda əmələ gəlmişdir.
Mənbə
- Azərbaycan Sovet Ensiklopediyası, V cild, səh.44
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.