Yavər Kələntərli
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940).
Yavər Kələntərli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 mart 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1979 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Əlaqələri | Bəhram Mansurov, Tələt Bakıxanov |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.
Ailəsi
Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi.[1]
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940
İstinadlar
- "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
Xarici keçidlər
- Yaver Kalantarli — 70 (1972)
- Yaver Kalantarli — "Shur"
- Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə. kulis.az, 23.04.2014 (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.