Yastıq (texnika)

Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir.

Yırğalanma yastığı

Yastıqların əsas növləri:

  • Yırğalanma yastıqları
  • Sürtünmə yastıqları
  • Hidrostatik yastıqlar
  • Qazlı dinamik yastıqlar
  • Maqnit yastıqları

Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır.

Yırğalanma yastıqları

Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar.

Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.

Yığalanma yastıqları ümumiyyətlə sürtünməni azaltmaq üçün tətbiq olunur. Qapalı yırğalanma yastıqları praktiki olaraq texniki xidmət tələb etmirlər. Açıq olanlar isə başqa hissəciklərin işçi hissəyə düşməsi nəticəsində tez sıradan çıxırlar.

Yırğalanma yastıqları yüklənmə qüvvəsinin istiqamətinə görə bölünürlər: radial, (yastığın oxuna perpendikulyar istiqamətdə), oxboyu (yastığın oxu istiqamətində).

Sürtünmə yastıqları

Sürtünmə yastığı

Sürtünmə yastıqlarının iş mexanizmi iki səthin bir-biri üzərində sürtünməsinə əsaslanır. Bu yastıqlar silindrik deşiyə malik gövdədən və oymaqdan ibarətdir. Valda oymağı oturdan zaman onların arasına sürtünmə yağları doldurulur. Bu həm də yatığın gövdəsi ilə oymaq arasındakı boşluğa doldurulur. Sürtünmə yağları yastıqda oturdulmuş valı sərbəst hərkət etdirməyə imkan verir. Val ilə yatsıq arasındakı boşluq hidrodinamiki hesablamalara əsasən tapılır. Hesabat zamanı yağ qatının qalınlığı, düşən təzyiq, temperatur və yağın israfı tapılır. Bu yastıqlarda yağlayıcı maddə yastığın işləmə qabiliyyətinə təsir edən əsas amil sayılır.Yıqğalanma yastıqlarının işçi hissələri əsasən bürünc, ağmetal, qurğuşunlu metallar, alüminium legirləri, süni materiallar və xüsusi hallarda keramikadan da hazırlanırlar.

Təsir edən qüvvənin istiqamətinə görə oxboyu və radial olaraq iki qrupa bölünürlər.

Mənbə

  • Kərimov Z.H. Maşın hissələri.Bakı, "Maarif",1999. 396 Səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.