Yasin Adli
Yacine Adli (29 iyul 2000[1][2], Vitri-sür-Sen) — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.
Yasin Adli | |
---|---|
fr. Yacine Adli | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 iyul 2000[1][2] (23 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 1,86 m |
Mövqeyi | yarımmüdafiəçi |
![]() |
Həyatı
29 iyul 2000-ci ildə anadan olub.
Klub karyerası
PSJ
Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir.[5]
2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır.[6]
Bordo
31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur.[7][8]
"Bordo" klubunun heyətində 67 oyun keçirir və 5 qol vurur.
Milan
31 avqust 2021-ci ildə Adlinin İtaliya nəhəngi "Milan" klubu ilə 5 illik müqavilə imzaladığı açıqlanır.[9] Milan bu transfer üçun Bordoya 8 milyon avro ödəyir.[10] O, 2021–22 mövsümünün qalan hissəsi üçün yenidən kluba icarəyə verilir və "Bordo"nun heyətində meydana çıxdığı 32 oyunda 1 qol vurur.
Milli komanda karyerası
O, Fransanın gənclərdən ibarət Milli komandasının oyunçusudur və 2017-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında və 2017-ci il FIFA U-17 Dünya Kubokunda Fransa U17-ni təmsil etmişdir.
İstinadlar
- Yacine Adli // Transfermarkt (çd.). 2000.
- YACINE ADLI // Argentine Soccer Database (isp.).
- https://www.unfp.org/joueur/yacine-adli-21334/.
- https://www.legifrance.gouv.fr/jorf/jo/2012/04/25/0098.
- "Caen vs. PSG - 19 May 2018 - Soccerway". soccerway.com. 10 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2018.
- "Yacine Adli signe son premier contrat professionnel" [Yacine Adli signs his first professional contract] (fransız). 2 July 2018. 7 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2022.
- Margueritte, Matthieu. "Officiel : Yacine Adli file à Bordeaux". Footmercato (fransız). 31 January 2019. 1 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2019.
- "PSG youngster Adli joins Bordeaux". FOX Sports Asia. 31 January 2019. 1 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2019.
- "Official Statement: Yacine Adli". Milan FK. 31 August 2021. 31 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2022.
- Möller, Isak. "Official: AC Milan announce signing of Yacine Adli from Bordeaux plus subsequent loan". SempreMilan. 31 August 2021. 7 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2022.