Yasəmən Ramazanova
Yasəmən Allahverdi qızı Ramazanova (25 yanvar 1958, Tumbul) — C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası və rejissoru. Komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (2008), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü.[1]
Yasəmən Ramazanova | |
---|---|
Doğum tarixi | 25 yanvar 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1981–h.h. |
Mükafatları |
Həyatı
Yasəmən Ramazanova 1958-ci il 25 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində anadan olmuşdur.
1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu(indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. Həmin ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor işləyir
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrının səhnəsində ifa etdiyi obrazlar
- Nina, Göyərçin, İsmət, Afət ("Şeyx Sənan", "Uçurum", "Ana","Afət" Hüseyn Cavid)
- Gültəkin ("Aydın" Cəfər Cabbarlı)
- Gülnaz ("O olmasın bu olsun" Üzeyir Hacıbəyov)
- Ənbər ("Füdzi dağında qonaqlıq" Çingiz Aytmatov, Kaltey Məhəmmədcanov)
- Zenfira ("Qaraçılar" Aleksandr Puşkin)
- İnanc xatun ("Atabəylər" Nəriman Həsənzadə)
- Lamiyə ("Dodaqdan qəlbə" Rəşad Nuri Güntəkin)
- Ceyran xanım ("Ağa Məhəmməd şah Qacar" Əli Əmirli) və s.
Yasəmən Ramazanova həm də teatrda rejissor kimi fəaliyyət göstərib. Y. Ramazanova H. Cavidin "Afət", C. Xuqayevin "Mənim qaynanam" tamaşalarının rejissoru olmuşdur.2005-ci ildən 2016-cı ilə kimi M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb. Teatrın səhnsəində H. Cavidin "Ana", C Kərimovanın "Nəğməkar bülbül", Ş. Qüdrətoğlunun "Ağ atlı oğlan", A. Şaiqin "Yazıya pozu yoxdur", "Gözəl bahar" , Z. Vedilinin "Təpəgöz" , C. Məmmədquluzadənin "Çay dəstgahı" əsərlərini tamaşaya qoymuşdur.2009-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Bununla yanaşı Yasəmən Ramazanova 1980-ci illərdən başlayaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Telviziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib. Eyni zamanda dövlət əhəmiyyətli tədbirlərin aparıcısı olaraq ictimai işlərdə də fəallıq göstərib. Hətta Azərbaycan komsomolunun 31 və Ümumittifaq komsomolunun 19-cu Qurlrutayının nümayəndəsi olub. Bu isə o zamanlar hər bir gəncin ən böyük arzusu idi.
Mükafatları
- 1987-ci il Naxçıvan MSSR-nin əməkdar artisti
- 1999-cu il "əməkdar artisti" fəxri adı[2]
- 2008-ci il "xalq artisti" fəxri adı[3]
- 2005-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı
Filmoqrafiya
- Tale yükü (rejissor assistenti)
İstinadlar
- Rəhimli, İlham Əziz oğlu. Naxçıvan teatrı: Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yaradıcılıq yolunun salnaməsi: 1883–2008 / İ. Ə. Rəhimli, C. Vəzirov.- Bakı: Aspoliqraf, 2008.- 352 s.
- "Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyat və ədəbiyyat xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-14.
- "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-14.