Yaryat abidələri
Yaryat abidələri və ya Terhin abidələri – Monqolustanın Arhanqay inzibati vahidinin Doloon Mod bölgəsindəki Terhin çayının yaxınlarında olan Orxon əlifbası ilə yazılmış uyğur abidələridir. Bu abidələr Uyğur xaqanı Bayan Çor Xaqan tərəfindən VIII əsrin ortalarında, ehtimal ki, 753-760-cı illər arasında daşa işlənilmişdir.
Tapılması
Arxeoloqlar bu abidənin varlığından 1909-cu ildən bəri xəbərdardır.[1] Çünki, 1909-da tapılan Şine Usu abidəsində belə bir abidənin varlığından bəhs edilməkdədir. Bununla birlikdə bu abidənin gün üzünə çıxarılması 1909-cu ildən etibarən 47 il davam etmiş, nəticədə Taryat abidəsi monqol arxeoloq Dorjsuren tərəfindən 1956-cı ildə tapılmışdır.[2] Bu kəşfdən sonra isə rus-monqol elm heyəti tərəfindən 1969-cu ildə abidənin oturdulduğu tısbağa kaidə tapılmış, abidənin digər iki hissəsi Ser-Odjav Volkovun fəaliyyəti nəticəsində müəyyən edilərək elm dünyasına təqdim edilmişdir. Abidənin hissələri bu gün Ulan Batordakı Monqol Arxeoloji İnistitutunda sərgilənməkdədir.
Uyğurlar
Uyğur xaqanlığı 745-ci ildə türk xaqanlığının yıxılması ilə onun yerini alan türk dövlətidir. Xaqanlıq Qutluq Bilgə Kül xaqan tərəfindən qurulmuşdur. Uyğur xaqanlığı türk xaqanlığının əksinə, Tan sülaləsi ilə dost münasibətlər qurmuş və An Luşan üsyanı zamanı Tana yardım etmişdir. Uyğurlar qısa müddətdə Orta Asiyanın ən önəmli siyasi güclərindən biri halına gəlmişdir. Buna qərbdəki Qansu və Sincan bölgələrinə köç etmək məcburiyyətində qalmışdırlar.
Bengü daş
Abidənin meydana gətirildiyi bengü daşlar parlaq boz qranitdən tişbağa kaidələrin üzərinə oturdulmuşdur. Abidənin bütün üzlərində və tısbağa kaidəsində toplam Orxon əlifbası ilə yazılmış 31 sətir yazı vardır. Abidənin meydana gətirilməsini təmin edən Bayn Çor Uyğur xaqanlığını 747-759-cu illər arasında idarə edən türk xaqanıdır. Abidəni daşa işləyən şəxs isə Böke Tutamdır. Abidədə olan tamğa Şine Usu abidəsində də vardır.
Abidənin mətni
Abidədə Bayan Çor Xaqan özündən "İl İtmiş Bilgə Xaqan" ünvanı ilə bəhs etməkdədir. Bayan Çor abidələrin şərq üzünə atasının öldürülməsindən sonra dövlət içərisində formalaşan daxili qarışıqlıqlar və taxt üçün böyük qardaşı Tay Bilgə Tutuku dəstəkləyən boylatla etdiyi döyüşlərdən bəhs etməkdədir. Bu boylar arasında mətndən başa düşdüyümüz qədəriylə Bayan Çorun ən çox mübarizə apardığı boy tatarlardır. Abidənin qərb üzündə isə mövzu Uyğurlarla məhdudlaşmış qalmamış və türk xaqanlığınının böyük dövlət adamları olan Bumin xaqan, İstəmi xaqan və s. türk böyüklərindən bəhs edilmişdir. Bu vəziyyət bəzi tarixçilər tərəfindən Uyğur xaqanlığının əslində türk xaqanlığının davamı olduğunu, iki fərqli dövlətdən çox, səltənət uruqunun çevriliş ilə Aşinadan Yağlakar uruquna keçdiyinin əlaməti olaraq görülmüşdür.[3]
Mətnin tamamı
Qədim türk dilində:[4]
|
Həmçinin bax
İstinadlar
- "Tarihi aydınlatan Benggü taş'lar". haber10.com. 7 iyun 2016 tarixində arxivləşdirilib.
- Yıldız, Hüseyin (2012), Köktürk Harfli Uygur Bitigleri Üzerine Yeni İki Eser, Dil Araştırmaları, Say. 10 (Bahar), səh. 193
- Jean Paul Roux. Historie des Turcs. səh. 159. ISBN 975-997-091-0.
- "Inscription El etmish Bilge kagan (Tariat // Terh)". bitig.kz. 25 iyun 2020 tarixində arxivləşdirilib.