Yarpaqsız cuzqun

Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü.

Yarpaqsız cuzqun
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Cins:
???:
Yarpaqsız cuzqun
Beynəlxalq elmi adı
  • Calligonum aphyllum
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  823812
NCBI  655494
EOL  2905860

Təbii yayılması

Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir.

Botaniki təsviri

Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır. Meyvəsi kürəvi olub, ikiqat qanadlıdır. Uzunluğu 15–20 mm, eni 14–18 mm-dir. Fındıqcıqların tilləri küt, azca irəli çıxıq, qanadların kənarları bütöv və ya çətin seçilən, dəyirmi dişli olmaqla demək olar ki, bütöv, qanadların səthi çılpaqdır.

Ekologiyası

May ayında çiçəkləyir, meyvəsi iyun aylarında yetişir.

Azərbaycanda yayılması

Abşeron yarımadası qumluqlarında az-az təsadüf edilir. “Qırmızı kitaba” daxil edilməsi vacibdir.

İstifadəsi

Yarpaqsız cuzğunun oduncağı sıx, ağır, yaxşı cilalanır, kömür hazırlanır, tərkibində tannidlər vardır. Yaşıllaşdırmada çox az halda istifadə olunur.

Ədəbiyyat

  • Деревья и кустарники. СССР. т. 2. 1951;
  • Флора Азербайджана т.3. 1952; Azərbaycanın ağac və kolları. II cild. 1964;
  • Красная Книга. СССР. 1984;
  • Azərbaycanın “Qırmızı Kitabı” 1989;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.