Yaradıcılıq

Yaradıcılıq

1)əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni bir şey meydana gətirən fəaliyyət. Yaradıcılıq insan fəaliyyətinin hər hansı bir sahəsində (elmi, texniki-istehsalat, bədii, siyasi və s.) mümkündür;

2)insanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Məsələn, kütlələrin canlı yaradıcılıq fəaliyyəti, yaradıcılıq prosesi, söz yaradıcılığı, elmi yaradıcılıq, bədii yaradıcılıq. Ümumiyyətlə, yaradıcı əməyin məhsulu, yaradılmış maddi və mənəvi sərvətlərin məcmusu. Məsələn, uşaq yaradıcılığı sərgisi.

Yaradıcılığı artırmaq üçün müxtəlif üsullar

Yaradıcılıq məzuniyyətləri – əmək hüququna görə işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Yaradıcılıq psixologiyası – insan fəaliyyətinin yeni, orijinal nəticə verməsinin qanunauyğunluqlarını, yaradıcılıq prosesini və onun psixoloji mexanizmini tədqiq edən elm sahəsi.

Ədəbiyyat

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.