Yarəli

Yarəli (d. ? – ö. ?) — Quba üsyanının (1837) başçılarından biri. Yarəlinin başçılığı ilə üsyançılar bir neçə dəfə kazak dəstələrini məğlub etmiş və onların bir sıra hissəsini əsir almışdı. 1837-ci il sentyabrın 4-dən 5-nə keçən gecə Qubaya hücum zamanı Yarəlinin başçılığı ilə 600 nəfər şəhərə daxil olmuş, lakin top atəşi ilə qarşılanaraq qızğın döyüşdən sonra geri çəkilmişdi. Üsyan amansızcasına yatırıldı, Yarəli bir dəstə üsyançı ilə dağlara çəkildi.

Həmçinin bax

Quba üsyanı (1837)

Mənbə

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 81.
  • Губа үсјаны (1837) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 253.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.