Yarımçıq xatirələr (film, 2015)
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi.[2] Rejissoru Elxan Cəfərovdur.[3]
Yarımçıq xatirələr | |
---|---|
Janr |
Tarixi Dram Döyüş Müharibə |
Rejissor | Elxan Cəfərov |
Prodüser | Müşfiq Hətəmov |
Ssenari müəllifləri |
Konstantin Vorobyov Yavər Rzayev |
Baş rollarda |
Bəhruz Vaqifoğlu — Azər Mixail Kaminskiy — Vanya Georgi Tsaava — Artavazd Gülzar Qurbanova — Janna Andrey Milyuxin — Stankeviç Zurab Nijaradze — Rantik |
Operator | Nadir Mehdiyev |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssamlar |
Rafiq Nəsirov Vadim Şafranski |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 9 may 2015 |
Filmin növü | Tammetrajlı bədii film |
Müddət | 90 dəq. |
Büdcə | 2 milyon manat[1] |
Ölkələr |
Azərbaycan Belarus |
Dillər |
Azərbaycan dili Rus dili |
İl | 2015 |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Brest Minsk Vileyka qəsəbəsi |
IMDb | ID6157292 |
Məzmun
Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir.[4][5][6] Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır.
Film haqqında
- Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir.[7]
- Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur.[8]
- Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
- Gülzar Qurbanova 28 dekabr 2015-ci ildə "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[9]
- Filmin çəkilişinə Müdafiə və Daxili İşlər nazirlikləri dəstək göstərib.
- Filmdə erməni obrazlarını gürcü aktyorları canlandırmışdır.
- Film Belarusfilm kinostudiyasının texniki dəstəyi ilə çəkilib.
- Film Belarusun Brest, Minsk şəhərlərində, Vileyka qəsəbəsində, eyni zamanda Azərbaycanda lentə alınıb.
- “Bizim kino günləri”ndə filmə baxış keçirilmişdir.[10]
- Film 2023-cü ildə "On5sıfır7" Film Həftəsində iştirak edib[11].
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Konstantin Vorobyov, Yavər Rzayev
Quruluşçu rejissor : Elxan Cəfərov
Quruluşçu operator : Nadir Mehdiyev
Prodüser : Müşfiq Hətəmov
Quruluşçu rəssamlar : Rafiq Nəsirov, Vadim Şafranski
Bəstəkar : Polad Bülbüloğlu
Səs operatoru : Tariyel Həsənzadə
Səs rejissoru : Mehman Nadirov
Montaj : Elşad Rəhimov
Rejissorlar : Tatyana Xvaley, Çingiz Həsənov
Redaktorlar : Ramiz Rövşən, Yusif Şeyxov
İcraçı prodüser : Azər Quliyev
Dialoqların müəllifi : Ramiz Fətəliyev
Geyim üzrə rəssamlar : Darya Romanova, Elfira Hüseynova
Maliyyə meneceri : Emil İbrahimov
Xətt prodüserləri : Aydın Hacıyev, Yuri İvanov
Rollarda
Bəhruz Vaqifoğlu — Azər (Gənc)
Qurban İsmayılov — Azər (Yaşlı)
Mixail Kaminskiy — Vanya
Georgi Tsaava — Artavazd
Gülzar Qurbanova — Janna
Andrey Milyuxin — Stankeviç
Zurab Nijaradze — Rantik
Şamil Süleymanov — Səməd
Veronika Plyaşkeviç — Nadya
Aleksandr Pavlov -
Sergey
İvan Matskeviç — Polkovnik
Kərim Pokaçakov — Yakut
Rza Rzayev — Cavanşir
Qeogi Murdjikneli — Samvel
Anatoli Quryev
Otar Mikeladze
Aleksandr Ilin
Sergey Şiroçin
Yevgeni Baxar
Nikolay Ryabıçin
Dmitriy Qlazaçev
Viktor Vasilyev
Rövşən Ağayev — Azərbaycan döyüşçüsü
Faiq Məmmədov — Azərbaycan döyüşçüsü
Cavanşir Hadıyev — Azərbaycan döyüşçüsü
Filmi səsləndirənlər:
Vüsal Murtuzəliyev — Azər (Gənc) (Bəhruz Vaqifoğlu)(titrlərdə yoxdur)
Rəşid Səməndər — Cavanşir (Rza Rzayev)(titrlərdə yoxdur)
Mehriban Zəki — Janna (Gülzar Qurbanova)(titrlərdə yoxdur)
Şövqi Hüseynov — Rantik (Zurab Nijaradze)(titrlərdə yoxdur)
Qorxmaz Əlilicanzadə — Samvel (Qeoqi Murdjikneli)(titrlərdə yoxdur)
Elxan Cəfərov - Vanya (Mixail Kaminskiy)(titrlərdə yoxdur)
Tərcüməni səsləndirənlər:
Rövşən Məmmədli
Həmçinin bax
İstinadlar
- Vüqar Vüqarlı. "Elxan Cəfərovun gözü ilə iki müharibə — Növbəti premyera" (az.). news.atv.az. 10 may 2015. 2015-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- ""Nizami" Kino Mərkəzində "Yarımçıq xatirələr" filminin premyerası olub VİDEO" (az.). azertag.az. 09.05.2015. 2015-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- Hüseynov, F. Bilik Fondu milli ekran əsərlərini təbliğ edir: Layihə çərçivəsində bu dəfə “Yarımçıq xatirələr” bədii filmi nümayiş olundu: [Elxan Cəfərovun çəkdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2017.- 25 yanvar.- S.4.
- Ülviyyə Həsənqızı. ""Bizim kino günləri" çərçivəsində "Yarımçıq xatirələr" filmi nümayiş etdirilib" (az.). report.az. 01 Dekabr, 2015. İstifadə tarixi: 2016-03-13.
- ""Yarımçıq xatirələr" (FOTO)" (az.). az.trend.az. 4 May 2015. 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- Nərmin. ""Yarımçıq xatirələr" təqdim olundu" (az.). teleqraf.com. 30 Noyabr 2015. İstifadə tarixi: 2016-03-13.
- Cəvahir Səlimqızı. "Qələbə günü "Yarımçıq xatirələr" filminin təqdimatı keçirildi – FOTOLAR" (az.). publika.az. 9 May 2015. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- Azəri, L. Qələbə Günündə “Yarımçıq xatirələr”: “Bu film sübut edir ki, vaxtilə faşizmə qalib gələn dost ölkələr yaradıcılıq sahəsində də birgə layihələr həyata keçirə bilərlər”: [Nizami Kino Mərkəzində Elxan Cəfərovun hazırladığı tammetrajlı bədii filmin təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib] //Mədəniyyət.- 2015.- 13 may.- S.8.
- Ülviyyə Həsənqızı. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). report.az. 29 Dekabr, 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
- Lalə. “Bizim kino günləri”ndə “Yarımçıq xatirələr”ə baxış: Layihə çərçivəsində yeni filmlərin təqdimat-müzakirəsi davam edir: [eyniadlı layihənin həyata keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 2 dekabr.- S.5.
- Mədəniyyət TV. "Azərbaycan rejissorunun filmi "On5sıfır7 Film Həftəsi"ndə iştirak edib" (az.). Youtube.com. 13.07.2023. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.