Yarıçılpaqlıq
Yarıçılpaqlıq və ya yarımçılpaqlıq kişi və ya qadının gövdəsinin qol nahiyəsindən başlayaraq başına qədər qədər çılpaq olmasıdır. Yalnız bədəni çılpaq olduğu halda yarıçılpaq üzmə və ya idman və yaxud da festivallar kimi irimiqyaslı tədbirlər geniş formada yayılmış olan ümumi təcrübədir. İctimai və ya siyasi fəaliyyət məqsədilə də yarıçılpaq və yaxud da bütünlükdə çılpaq formada qeyri-qanuni aksiyalar, hərəkətlər də baş verə bilər. FEMEN təşkilatının keçirmiş olduğu aksiyalar buna misaldır. Yarıçılpaqlığın həm kişilərdə, həm də qadınlarda döş hissəsinin görünməsi səbəbindən cinsi istəyi artırdığı iddia edilir. Tarix boyu bu cür yarıçılpaq əmək fəaliyyətinə xüsusən kişi fermerlər, mədənçilər və digər işçilər arasında çox geniş formada rast gəlinmişdir.
Qadınların yarıçılpaq formada olmaları bəzi yerli icmalarda normal, bəzilərində isə sərt formada qarşılanır. Bu cəmiyyətin adət-ənənələrinə, mədəniyyətinə, dünya görüşünə, tarixi keçmişinə, əxlaq kodekslərinə və s. amillərə görə dəyişiklik göstərə bilir. Bəzi feminist qruplar yarıçılpaq formada gəzməyin qadınların ən təbii haqqı olduğunu iddia edirlər. Avropa və Şimali Amerikanın bəzi ölkələrində yarıçılpaq gəzmək kişilər üçün günah kimi qəbul edilir və bir çox mağazalar belə yarıçılpaq şəxslərə qarşı xüsusi siyasət yürüdərək bu şəxslərə xidmət göstərməkdən imtina edirlər: Köynək yoxdursa, ayaqqabı yoxdursa, xidmət də yoxdur. Cənubi Hindistanda yarıçılpaqlıq ictimaiyyət tərəfindən qəbul edilməmiş, qadınlar ənənəvi formada, kişilər isə qərb üslubunda geyinirlər, yəni ki, qadınlar şalvar-kamiz, lehanqa və çoli kimi bütün bədəni örtən klassik geyimlərdən istifadə edirlər.
Tarix boyu yarıçılpaqlığa incəsənətdə də rast gəlinmişdir. Antik dövrdən bəri bir çox heykəllərdə və rəsm əsərlərində mövcud olmuş, müasir dövrdə isə daha çox filmlərdə və fotoşəkillərdə görünür. Bununla bərabər, yumşaq pornoqrafiya ictimaiyyət tərəfindən çox vaxt mənfi qarşılanır və tez-tez hökumət tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə və yaxud da qadağalara məruz qalır. İctimai yerlərdə isə cinsi stimullaşdırmaya səbəb olduğuna görə daha sərt bir yanaşmaya məruz qalır. Daha cix Strip-klublar kimi böyüklər üçün nəzərdə tutulmuş xüsusi əyləncə məkanlarında yarıçılpaq qadınlara rast gəlmək mümkündür.
Yerindən və kontekstindən asılı olaraq yarıçılpaqlıq bəzən ictimai yerlərdə məqbul sayıla bilər. Buna misal olaraq qadınların hüquqlarını müdafiə etmək məqsədi ilə ictimai yerlərdə əmizdirməni göstərmək mümkündür. Həmçinin də əksər Avropa ölkələrində çimərliklərdə yarıçılpaq formada günəş vannası qəbul etmək də normal sayılır.
Həmçinin, mediyanın diqqətini özünə cəlb etdiyinə görə dünyanın bir çox yerlərində PETA kimi qruplar etiraz əlaməti olaraq torakslarını nümayiş etdirirlər.
İstifadə və konnotasiyalar
Yarıçılpaq model və ya yarıçılpaq rəqqas kimi peşələr də mövcuddur. DJ Nikita yarıçılpaq DJ-dir. Həmçinin yarıçılpaq çimərliklərdə yarıçılpaq günəş vannası qəbul edə və yarıçılpaq barlarda yarıçılpaq gəzə bilərsiniz. Hətta bu məqsədlə Rudi Gernreich tərəfindən, yarıçılpaq mayo (digər adları: yarıçılpaq bikini, tək parça bikini, monokini) hazırlanmışdır.
Yarıçılpaqlıq bəzən cinsi konnotasiyalara, yəni ki, çağırışlara da səbəb ola bilər. Bu səbəbdən də cəmiyyət tərəfindən birmənalı qarşılanmamışdır. Ancaq bu cəhəti həm də yarıçılpaqlığı ticarətə çevirmiş və striptiz klublarının açılmasına səbəb olmuşdur.
Üçüncü dünya dövlətlərində
Yarıçılpaqlara münasibət zamanla və mədəniyyətlərə görə dəyişmişdir.
Xristian missionerləri gəlməmişdən əvvəl Okeaniya, Amerika və Mərkəzi və Cənubi Afrikanın əksər qəbilələrində yarıçılpaqlıq normal hal idi və bəzilərində bu vəziyyət indi də davam edir. XIII-XIV əsrlərdə İslamın yayılmasından əvvəl Asiyanın çox hissəsində qadınlar yarıçılpaq gəzirdilər.
İndoneziya və Tayland kimi ölkələrdə müstəmləkəçilikdən əvvəl yarıçılpaqlıq normal hal sayılırdı, lakin zaman keçdikcə modernləşmə hərəkatları ilə gələn Avropa paltarları ilə sərt qarşılanmağa başlanmışdır.
Ərəb dünyasında xoş qarşılanmayan yarıçılpaqlıq istisnası var ki, bu da Tunis və Misirdəki bəzi xüsusi çimərliklər də xarici turistlərin yarıçılpaq formada gəzmələri azaddır.
Etiraz forması
Çılpaqlıq və yarıçılpaqlıq medianın diqqətini özünə cəlb edir. Bu səbəbdən etiraz və aksiyalarda da geniş formada istifadə olunur. Xüsusilə, heyvanları mühafizə edən PETA təşkilatı dəfələrlə yarıçılpaq və ya çılpaq könüllülərlə etiraz etmişdir. Analoji hadisə 2012-ci ilin yanvarında Davos Dünya İqtisadi Forumunda Ukraynanın FEMEN qrupunun etirazı idi.
Günəş vannası
Yarıçılpaqlıq ən çox günəş vannası qəbul edərkən müşahidə olunur. Günəş vannası qəbul etmək 1900-cü illərdə, günəş şüalarının təsirinə uzun müddət məruz qalmaqdan meydana çıxan qaralmaq məşhurlaşdıqdan sonra adi hala çevrilmişdir. 1940-cı illərdə jurnallardakı reklamlar günəş vannasının təbliğinə səbəb olmuşdur. Buna görə də çimərlik geyimləri getdikcə qısalmışdır. Zaman keçdikcə qadınlar döşlərinin də qaralması üçün yarıçılpaq günəş vannası qəbul etməyə başlamışdırlar. Əslində, Rudi Gernreich bunun üçün xüsusi olaraq yarıçılpaq çimərlik geyimləri hazırlamışdır. 1964-cü ildə ABŞ-da satışa çıxarılan bu bikinilər birmənalı qarşılanmır və beləliklə də rəflərdən yığışdırılır.
Əyləncə və media
1910-cu illərdə Fransada ənənəvi əyləncə çılpaq formada həyata keçirilən teatr, musiqi və rəqslər idi. Bu gün belə bir çox qərb mədəniyyətlərində jurnal və təqvimlərdə çılpaq fotolar dərc olunur.
Qadınlar ticarət məkanlarında da yarıçılpaq pozalar verirlər. Buna misal olaraq striptiz klublarını nümunə göstərmək mümkündür. Burada adətən yaş köynək yarışları keçirilir. Müsabiqənin sonunda qadın köynəyini çıxarır və yarıçılpaq poza verir. Təəssüf ki, bütün ölkələrdə qadağan olunmuş uşaq pornoqrafiyası da kommersiya sahəsinə daxil olmuşdur.
Həmçinin yarıçılpaq qadınların karnavalların ayrılmaz tərkib hissəsinə çevrildiyi məlumdur. Rio karnavalında yarıçılpaq rəqqasların olduğu məlumdur.
Kino
1920-ci illərdə Hollivud filmlərində xeyli sayda yarıçılpaq aktyor var idi. Lakin 1930-cu illərin Hays Qanunu kinoda yarıçılpaqlığa son qoymuşdur. Lakin 1950-60-cı illərdə qanunlar yüngülləşdikcə bir qədər yarıçılpaq olan qadınlar yenidən filmlərdə görünməyə başlamışdırlar. Lakin 1990-cı illərdən etibarən filmlərdə çılpaq səhnələr görünməyə başlanmış və bu bütün dünyada geniş formada yayılmışdır. Əslində, bu kateqoriyada hətta Oskar mükafatı da mövcuddur. Bəzi aktrisalar isə döşlərini vurğulamağa xüsusi üstünlük verirlər.
İncəsənət
İntibah dövründə rəssamlıq Klassik Yunan incəsənətindən təsirlənmiş və Nü janrında çəkilmiş olan əsərlərin sayı artmışdır. Nəticədə isə yarıçılpaq və çılpaq rəsm və heykəllərin sayları çoxalmışdır.
Mifologiya
Avropada ibtidai dövrdə yaşamış cəmiyyətlərdə həddindən artıq çox şişirdilmiş döşləri olan qadın fiqurları çox geniş yayılmışdır. Xüsusilə Roma mifologiyasında sevgi ilahəsi Veneranı simvolizə edən Venera heykəlciklərində geniş omba və kasa kimi iri döşlərdən istifadə edilmişdir. Bəzən ilahələr yarıçılpaq formada simvollaşdırılmış. Məlumdur ki, təkcə Venera deyil, Gaia kimi digər ilahələr də yarıçılpaq simvollaşdırılmışdır. Həmçinin yunan əfsanəsi olan amazonların da yarıçılpaq formada gəzdikləri, müharibələrdə güc olaraq sinələrini qaldırdıqları və yalnız nəsli davam etdirmək üçün kişiləri saxladıqları məlumdur.