Yaqut Paşazadə
Yaqut Nəriman qızı Paşazadə (19 sentyabr 1973, Mirbəşir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllimi
Yaqut Paşazadə | |
---|---|
Digər adı | Yaqut Paşayeva |
Doğum tarixi | |
Doğum yeri | Tərtər, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1993-cü ildən |
İstiqamət | teatr-kino |
Mükafatları |
Həyatı
Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur.
1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur.
2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[1]
1999-cu ildə ailə həyatı qurmuşdur.[2]
2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
İş təcrübəsi
- 2006-cı ildə Türkiyə, Gürcüstan, Azərbaycan teatrları araısnda "Açıq Cəmiyyət İnstitutu-Azərbaycan" təşkilatının keçirdiyi "Mən, Sən, Biz…" teatr layihəsində koordinator (aktyor sənəti üzrə) və aktrisa;
- 2007-ci ildə Norveç Krallığının Kirkenes şəhərində keçirilən SAMOVAAR teatrının beynəlxalq teatr layihəsində Azərbaycanı yeganə təmsil edən aktrisa;
- 2007-ci ilin fevralında "Yeni Dalğa" Yazarlar Birliyinin keçirdiyi "Terrorizmə qarşı" layihəsində koordinator;
- 2007-ci ilin fevral-iyul aylarında "Çətin tərbiyə olunun uşaqlar" koloniyasında teatr məşğələlri-treninqlər keçirmiş və tamaşalar hazırlamışdır;
- 2007-ci ilin mart ayında Britaniya Şurasının dəstəyi ilə keçirilən "Forum Teatr" layihəsində aktyor sənəti üzrə keçirilən məşğələlərin aparıcısı və tamaşa quruluşunda məsləhətçi;
- 2007-ci ildə ATƏT və Azərbaycan DİN ilə birgə keçirilən "İnsan alverinə qarşı" layihəsində treninqlərin aparıcısı olumşdur.
- 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllimi çalışır.
- dOM Teatrı "Culture and Management Lab" (Gürcüstan), Cənubi Qafqaz Əməkdaşlıq Təşkilatı (İsveçrə) dəstəyi ilə "Əlilliyi olan insanlar üçün İcma Teatrı" layihəsində treninq üzrə müəllim kimi çalışıb
Azərbaycan Dövlət Yuğ Teatrında ifa etdiyi tamaşalar
Aktrisa çılğın səhnə tembrinə malikdir. Aparıcı səhnə ustasıdır.
- Eşq ilahəsi, "Dad" – M. Füzuli (1994)
- Varya, "Sentimental vals" – A. P. Çexov (1995)
- Pəri, "Solğun çiçəklər" – C. Cabbarlı (1996)
- Qu-Qu, "Adam uşağı" – U. Minnur (1997)
- Qadın, "At. Daş. Qadın" – T. Daimi (1997)
- Mademuazel, "Also sie sind qe kommen" – V. İbrahimoğlu (1998)
- İzabel, "İtmiş saat" – V. İbrahimoğlu (1998)
- Sakin, "Modus Vivendi" – V. İbrahimoğlu (1998)
- Sarıköynək, "Sarıköynək" – K. Aslanov (1998)
- Polis rəisi, "Stop" – V. İbrahimoğlu (1998)
- Ruh, "Canımda can" – İ. İbrahimli (2001)
- Dezdemona, "Otello" – U. Şekspir (2002)
- Məhbus, "Zindan guşəsi" – H.Сavid (2003)
- İdeal qadın, "Car" – R. İbrahimbəyov (2004)
- Səidə, "Can üstə" – A. Məsud (2005)
- Marqarita, "Əlkimya" – Y. V. Göte (2005)
- Marta, "İlan dərisi" – S. Şnayder (2005)
- Hakim, "Axırdan sonra" – K. Abdulla (2006)
- Ana, "Civilti" – F. Kafka (2007)
- Cadugər, "Vəsl" – M. Füzuli (2007)
- Kor Qız, "Rəhm" – M. Füzuli (2008)
- Dilənçi qadın, "Yar" – M. Füzuli (2008)
- Dunyaşa, "Birinci akt" – A. P. Çexov (2009)
- Davakar qız, "Kafkadan salam" – F. Kafka (2010)
- Dürlü xəbər gətirən, "Sur" – С. X.Сəbran (2011)
- Qadın, "Məsəl Ya… Əməl" – M. Ə. Sabir, Ü. Hacıbəyli (2011)
- Şölə, Xanpəri, "Naməlum Axundzadə" – M. F. Axundzadə (2012)
- Qatil, "Qəbir qazmaq üsulu" – A. B. Kasares (2012)
- Müstəntiq, "Sərhəddə" – S. Mrojek (2013)
- Anya, "Mərc" – A. P. Çexov (2013)
- Flora Migel, "Mister və Missis Cəsəd" – Q. Q. Markes (2014)
- Pəri, Sirena, "Boy" – "Kitabi Dədə Qorqud" (2015)
- Oxşadılan, "Oxşar" – J. İsmayıl (2016)
- Mələk, "Aşka yolçuluq" – Yunis İmre (2016)
- Ana, "Quş dili" – T. Vahid (2017)
dOM Teatrında ifa etdiyi tamaşalar
- Ana, "Limbo" – İ. İman (2018)
- Direktor, "İclas" – İ. İman (2019)
- Müttəhim, "Proses" (2020)
Filmoqrafiya
- "Səs" (televiziya filmi) (1994)
- Günaydın, mələyim! (film, 2008)
- Yuxu yaddaşı (film, 2008)
- Dalan (film, 2012)
- Çaqqal nəfəsi (serial, 2013)
- Bakı Mən Səni Sevirəm (film,2015) (qısametrajlı bədii film)-Lotereya bileti
İstinadlar
- "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
- "Gəlin, danışaq. Yaqut Paşazadə". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.