Yaqublu (Gədəbəy)
Yaqublu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Yaqublu kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Yaqublu | |
---|---|
40°35′05″ şm. e. 45°43′49″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XVIII əsrdə Tovuz rayonunun Qazıqulu kəndindən gəlmiş Yaqub ağa adlı şəxs saldığı üçün belə adlandırılmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 238 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- Yaqublu (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.