Yaqorski yarımadası

Yaqorski yarımadasıAvropanın şimal-şərqində yerləşən iri bir yarımada. Barens dənizi ilə Kara dənizi arasında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsinə daxildir.

Yaqorski yarımadası
Ümumi məlumatlar
Sahəsi ~ 18 min
Yerləşməsi
69°28′00″ şm. e. 61°31′00″ ş. u.
Akvatoriya Şimal Buzlu okean
Ölkə  Rusiya
Yaqorski yarımadası xəritədə
Yaqorski yarımadası
Yaqorski yarımadası

Coğrafiyası

Yarımadanın sahəsi 18 min km²-dir. Əsasən hündürlüyü 200 metr olan düzənliyə sahibdir. Mərkəzi hissəsində Pax-Xoy yüksəklikləri vardır ki, onunda ən hündür zirvəsi 423 metrdir (Mariz)[1].

İqlimi

Yarımadanın iqlimi subarktikdir. Qış 7 ay davam edir. Yay qısa olur. Yanvar ayının orta temperaturu −20° C, iyul ayının isə +7 °C-dir. İllik yağıntının miqdarı 300 mm-dir. Yarımadanın ən iri çayı Böyük Oyu çayıdır.

Flora və fauna

Əsasən tundra bitkiləri yayılmışdır. Üzəri mamırla örtülüdür.

Yaşayış məntəqəsi

Yarımadabın şimalında Amderma limanı yerləşir. Əhali sıxlığı elədə böyük deyildir. Köklü əhalisi Nenlərdir. Üstəlik burada ruslarda vardır.

Araşdırılma tarixi

Yarımadada ilk elmi araşdıma işlərini Ernest Karloviç Qofman (1847–1850) aparmışdır. O, yarımadada geoloji və bioloji tətqiqat işləri aparılmışdır.

İstinadlar

  1. Ненецкий автономный округ. Энциклопедический словарь / Гл. ред. Л. Ю. Корепанова. — М.: Дом книги Аванта+, 2001. — 304 с. — ISBN 5-8483-0040-2.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.