Yaponiyada din
Yaponiyada din — əsasən Buddizm və Şintoizm tərəfindən təmsil olunur[1]. Yaponiyada dindarların əksəriyyəti özlərini eyni anda hər iki dinə aid edirlər ki, bu da dini sinkretizmi göstərir. 1886-cı ildə Meiji bərpası zamanı Şinto Yaponiya dövlətinin yeganə və məcburi dövlət dini elan edildi. İkinci Dünya Müharibəsindən sonra 1947-ci ildə yeni Yaponiya konstitusiyasının qəbulu ilə Şintoizm bu statusunu itirdi. Bəzi hesablamalara görə, Buddistlər və Şintoistlər əhalinin 84-96%-ni təşkil edərək, hər iki dinin sinkretizmində çoxlu sayda inananları təmsil edirlər[2][3]. Lakin bu təxminlər yaponların bu və ya digər məbədlə əlaqəsinə əsaslanır. Professor Robert Kisala təklif edir ki, əhalinin yalnız 30%-i özlərini dindar hesab edir.
Çin Taoizmi, Konfutsiçilik və Buddizm də Yapon inanclarına və ənənələrinə təsir göstərmişdir. Yaponiyada din sinkretizmə meyillidir. Belə ki, böyüklər və uşaqlar Şinto rituallarını qeyd edir, məktəblilər imtahanlardan əvvəl dua edir, gənc cütlüklər xristian kilsəsində toy mərasimlərini, Buddist məbədində dəfn mərasimlərini keçirirlər. Xristianlar dini azlıqdır, əhalinin cəmi 2,04%-ni təşkil edir. Ümummilli miqyasda fəaliyyət göstərən xristian kilsələrinin birlikləri arasında ən böyüyü Katolik Mərkəzi Şurasıdır, ikinci yerdə Yehovanın Şahidləri, Pentikostallar və Yaponiyadakı Birləşmiş Məsih Kilsəsinin parişionerləri gəlir. 19-cu əsrin ortalarından Yaponiyada Tenrikyo və Aum Şinrikyo kimi müxtəlif yeni dini cərəyanlar da meydana çıxdı.[4]
Şintoizm
Ənənəvi yapon dini, yerli inanclar toplusu olan və 19-cu əsrə qədər vahid inanclar sistemini təmsil etməyən Şintoizm hesab olunur.
Buddizm
Buddizm Yaponiyada Şintoizmdən sonra ən çox yayılmış ikinci dindir.
Xristianlıq
Ümumilikdə, müxtəlif hesablamalara görə, Yaponiyada 1,9 milyondan 2,9 milyona qədər xristian var. Ümummilli miqyasda fəaliyyət göstərən xristian kilsələrinin birlikləri arasında ən böyüyü Katolik Mərkəzi Şurasıdır.[5] 2010-cu ildə protestant kilsələrinin bütün Yapon birliklərinin tərəfdarlarının sayı təxminən 1 milyon nəfər idi. Yapon protestantları arasında ən böyük konfessiya qrupu Pentikostallardır. Yaponiyadakı Birləşmiş Məsih Kilsəsinin 196.000 parişioneri, İsa Kilsəsinin Ruhunun 125.000 üzvü var. Ölkədə baptistlər, anqlikanlar, lüteranlar, müxtəlif Perfeksionist kilsələr və digər protestant məzhəbləri də fəaliyyət göstərir. Yaponiyada pravoslavlıq 19-cu əsrin ortalarında rus missioneri Müqəddəs Nikolay sayəsində meydana çıxdı. 1912-ci ilə Yaponiyada 266 pravoslav icması və pravoslavlığı qəbul edən 33 minə yaxın insan var idi. Bu gün, XXI əsrin əvvəllərində Yaponiyada pravoslavlığı qəbul edən 36 mindən çox insan var. Yapon Pravoslav Kilsəsi böyük müstəqilliyə malikdir və muxtariyyət əsasında Rus Pravoslav Kilsəsinin bir hissəsidir. Yaponların əhəmiyyətli bir hissəsi marjinal xristianlığın tərəfdarıdır. 2012-ci ildə Yehovanın Şahidlərinin sayı 3055 yığıncaqda birləşən 217 min nəfər təşkil edib. İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin Yaponiyada 279 icması və 127.000 üzvü var.[6]
İslam
Müsəlman cəmiyyəti əsasən pakistanlılar və tatarlardan ibarətdir. İlk məscid 1905-ci ildə Osaka şəhərində mühacir tatarlar tərəfindən tikilmişdir. Tanınmış başqırd Məhəmməd-Qabdulxay Kurbanqəliyev Tokio Müsəlman Cəmiyyətini təşkil etdi və onun rəhbəri oldu. 1927-ci ildə Yaponiyada müsəlmanlar üçün məktəb açır. 1928-ci ildə Ümum Yaponiya Müsəlmanlar Konqresini təşkil etdi. 1938-ci il mayın 12-də Tokio şəhərində onun rəhbərliyi ilə məscid açılmışdır. Kobe şəhərində də məscid var.[7] 1939-cu ildə İslam Yaponiyada fəal dinlərdən biri kimi tanınıb. 2010-cu ilə qədər müsəlmanların ümumi sayının 185.000 nəfər olduğu təxmin edilir.
Digər dinlər
Digər dini qrupların icmaları çox kiçikdir. Bunlar konfutsiçilər (127 min), hindular (25,7 min), bəhailər (16 min), sikxlər (2 min), jainlər (1,6 min) və yəhudilərdir (1,5 min). Yaponiyanın daha 10 min sakini yerli ibtidai inancların və kultların tərəfdarıdır.[8].
İstinadlar
- Scheid, Bernhard. "Religion in Japan". Hauptseite (alman). University of Vienna. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-26.
- "World Factbook; Japan". CIA. 2009-12-23. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-20.
- Bureau of Democracy, Human Rights, and Labor. "International Religious Freedom Report 2006". U.S. Department of State. 2006-09-15. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-04.
- "Religious Juridical Persons and Administration of Religious Affairs, [[Agency for Cultural Affairs]] Retrieved August 25, 2008" (PDF). 2008-09-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-01-21.
- "Christian Population as Percentages of Total Population by Country" (ingilis). Pew Research Center. 2011-01. 2012-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
- Ian Reader. Japan // Religions of the World, Second Edition A Comprehensive Encyclopedia of Beliefs and Practices (2-е). Santa Barbara, California: ABC CLIO. Мелтон, Джон Гордон. 2010. 1568. ISBN 978-1-59884-203-6.
- "Ислам в Японию принесли татары". 2011-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-27.
- "Japan" (ingilis). An Official WEBSITE of The Church of JESUS CHRIST of LATTER-DAY SAINTS. 2014-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.