Yaponiya Liberal Demokrat Partiyası

Yaponiya Liberal-Demokratlar Partiyası (yap. 自由民主党, LDP) — Yaponiyanın siyasi partiyası.[3]

Yaponiya Liberal-Demokratlar Partiyası

yap. 自由民主党 / 自民党
Loqonun şəkli
Sədri Taro Aso
Lideri Fumio Kişida
Quruluş tarixi 15 noyabr 1955
İdeologiya Konservatizm, Liberal Konservatizm[1]
İdeoloji spektr sağçılıq
Üzv sayı

1,068,560

(31.12.2017)[2]
Saytı jimin.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

LDP 15 noyabr 1955-ci ildə iki partiyanın birləşməsi nəticəsində yaranmışdır: Liberal və Demokratiklar. Partiyaların birləşməsi zərurəti ölkədə Yaponiya Sosial-Demokrat Patiyasının güçlənmiş mövqelərini zəyiflətməkdən irəli gəlirdi. Partiyanın ilk sədri 1956-cı ilin aprelində növbədən kənar qurultayda Yaponiyanın baş naziri İtiro Hatoyama seçilir. Bundan sonra partiya ölkənin aparıcı partiyasına çevrilir. Partiya sədrləri həmdə ölkənin baş naziri olmuşlar (Yohei Kono istisnadır).

Partiya 1955-ci ildən 1993-ci ilə qədər iqtidarda olmuşdur.[4][5] 11 aydan sonra 1994–1996 illər ərzində Sosialist partiyası ilə koalisiya qururlar. 1996–2009 illər ərzində yenidən hakimiyyətdə olmuşdur.

2009-ci ildə seçkilərində hakim partiyaya çevilə bilmirlər.[6][7] 2012-ci il seçkilərində yenidən iqtidara çevrilirlər.[8][9]

Siyasi xüsusiyyətləri

Partiyanın əsas qüvvəsi kənd təsərrüfatı ilə bağlı insanlardır. Üstəlik partiyanı bürokratlar, iri şirkət rəhbərləri və onların işçiləri dəstəklənir.

Partiya konservativ kursa sadiqdir. Əhalinin böyük qismi tərəfindən dəstəklənir. Bu partiya solçu partiyalara nisbətdə dəqiq ideologiya və fəlsəfəyə malik deyildir. Sağ partiyalara nisbətdə isə bir o qədərdə radikal deyil. Partiya ABŞ ilə yaxşı əlaqələrə malikdir. 90-cı illərdən Asiya və Sakit okean hövzəsi regionunda mövqelərini güçləndirmə xəttini tutmuşdur. Ölkədə elmin inkişafına xüsusi diqqət yeririrlər.

Rəhbərlik

Partiyanın səfdri baş katibi təyin etmək hüququna malikdir. Siyasi rəhbərliyin, iqtisadi komitənin və icraetmə sovetinin rəhbəridir. Ölkənin idarə edilməsi üçün partiyaya seçiçilərin 50 % səsini toplamaq lazımdır.

Mənbə

İstinadlar

  1. Karan, Pradyumna P., Japan in the 21st century: environment, economy, and society, University Press of Kentucky, 2005, 2016-05-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2016-01-23
  2. 役員会後 二階幹事長記者会見 (Press-reliz). Liberal Democratic Party. 5 March 2018. 30 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2020.
  3. The Liberal Democratic Party is widely described as conservative:
  4. "'Major win' for Japan opposition". BBC News. 2009-08-30. 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-31.
  5. "衆院党派別得票数・率(比例代表)". (in Japanese) Jiji. 2009-08-31. 2014-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.
  6. "House of Councillors The National Diet of Japan". 13 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2015.
  7. "参議院インターネット審議中継". 28 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2015.
  8. "Оппозиция победила на парламентских выборах в Японии". Лента.ру. 16 декабря 2012 года. 2012-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.
  9. The Japan Times
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.