Yapon dələsi
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Yapon dələsi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yapon dələsi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Görünüşü
Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Yayılması
Yapon dələsi əsasən Yaponiyanın cənub adalarında daha geniş yayılmışdır: Honşu, Şikoku, Kyuşu və Tsuşima. Xəz əldə etmək məqsədi ilə Hokkaydo və Sado adalarlarına da köçürülmüşlər. Əsasən meşə sahələrində yayılsalarda düzən ərazilərdə belə rast gəlmək olar.
Həyat tərzi
Yapon dələsinin həyat tərzi zəif öyrənilmişdir. Onlar yaşıllıqlarda yerləşən oyuqlarda və ağaclarda yuva qoyurlar. Çütləşmə dövrü istisna olaraq fərdlər ayrı yaşayır. Qida toplanması əsasən gecə saatları həyata keçirilir. Kiçik məməlilər, quşlar, qurbağalar, xərçəngkimilər, cücülər, giləmeyvələr və tumlarla qidalanır.
Çütləşmə mart-may aylarına təsadüf edir. İyul-avqust ayları 1–5 arası bala verir. 4 aydan sonra balalar artıq müstəqil olur.
Təhlükə
Yapon dələlərinə qarşı ov əsasən onların xəz dərilərinə görə aparılır. Hokkaydo və Suşima adalarında bir sıra populyasiyalar qoruma altındadır. Suşimada yayılmış M. m. tsuensis yarımnövü Ümumdünya təbiəti qoruma təşkilatı tərəfindən nəslinin nəsilmə təhlükə qarşısında olması ilə xəbərdarlıq etmişdir.
Yarımnövləri
- Martes melampus melampus (Wagner, 1840)
- Martes melampus tsuensis (Thomas, 1897)
- Martes melampus coreensis (Kuroda & Mori, 1923)
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2003.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0