Yapon əzgili
Yapon əzgili (lat. Eriobotrya japonica – Yapon eriobotriyası)[1] — eriobotriya cinsinə aid bitki növü.[2] Gülçiçəklilər (lat. Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir.
Yapon əzgili | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: ???: Yapon əzgili |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı yapon əzgilidir. Eyni zamanda muşmula da adlandırılır. Həmçinin, Malta əriyi və yeni dünya meyvəsi də adlandırılır. Botanik adı isə latınca "Eriobotrya japonica"dır. Çünki eriobotriya cinsinə aid bitki növüdür.
Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Qeyd edim ki, yapon əzgilinin şəhərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, bu ağac ətrafı o qədər də zibilləmir. Belə ki, onun yarpaqları adətən isti aylarda saralıb yerə tökülür və yarpaqları iri olduğundan onu yerdən yığışdırmaq da çox asandır.
On ildən artıqdır ki, Azərbaycanda, xüsusilə də paytaxt Bakıda yapon əzgili ağacından çox sayda əkilib. Xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı ağacların çoxu yapon əzgilidir.
Yapon əzgili toxumları ilə, mədəni sortları isə calaq etməklə artırılır. Bu ağacın əsas xüsusiyyətlərindən biri onun həmişəyaşıl olmasıdır. Qışda yarpaqlarını tökmür. Ortalama boyları 10 metrə qədər uzana bilir. Dekorativ baxımdan da çox gözəl bir görünüşü var. Qeyd edim ki, xüsusən ştillə əkilənləri çox şaxtalı havaya qarşı dözümsüzdür. Amma toxumdan artan və hasara alınanları sərt qışa dözə bilir.
Onun meyvəsi yeməlidir və çox dadlıdır. Meyvələri şirəli, turşa-şirin, açıq narıncı və ya sarı rəngdə, diametri 3 sm-ə qədər, bəzi mədəni sortlarda meyvəsinin ölçüsü 10 sm-dir. Meyvəsi ilk qoparılan zaman fərqli bir dada malik olur. Bir az keçdikdən sonra yumuşalır və ləzzətli olur. Meyvəsindən müxtəlif cür də istifadə oluna bilər. Hətta qan təzyiqinin aşağı salınmasında da ondan istifadə edilir. Meyvəsindən kompot, mürəbbə, marmelad, pastila, povidlo hazırlanır. Meyvəsinin tərkibi karotin və C vitamini zəngindir, eləcə də minerallardan dəmir, fosfor, kalsium və s mövcuddur. susuzluğu azaldır, qan dövranını nizamlayır, ishalı kəsir, qaraciyərin funksiyasını normallaşdırır və mədə iltihabını aradan götürür. Antioksidant təsiri ilə toksiki maddələrin uzaqlaşmasına şərait yaradır. Muşmula meyvəsinin sərinləşdirici effekti və dadı nə qədər gözəl olmasıyla yanaşı dəri xərçənginin qarşısının alınması istiqamətində də tədqiqatlar aparılır. Hamiləlik dövründə mütləq yeyilməsi lazım olan meyvədir. Çünki düşüklərin qarşısını alır və minerallarla zəngindir. Yanaşı olaraq bel ağrılarını azaldır. Artıq mayeni qovur və arıqlamaq istəyənlər üçün əlverişlidir.
Qeyd edim ki, bu yeni dünya meyvəsinin tumu da, yarpağı da, çayı da faydalıdır. Meyvəsinin daxilində bir neçə iri toxumları — tumları var. Tumları ilk baxışda daha çox şabalıda bənzəyirlər. İndiyə kimi mən azı 1, maksimum 6 tumuna rast gəlmişəm. Tumundan qəhvə əvəzediciləri də hazırlanır.
Həmçinin tumu sidik qovucu xüsusiyyətə malikdir, yarpaqları isə dəmlənib içildikdə qandakı şəkərin miqdarını aşağı salır. Bunun üçün ağacın yarpağından 20 qram götürərək onu 0,5 litr suda 20 dəqiqə dəmləyib gündə 2 dəfə bal əlavə edilərək qəbul etmək tövsiyə olunur. Müalicəvi xassələri dəqiqləşdirilməlidir[3].
İstinadlar
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- azkurs.org. "Yapon əzgili – Мушмула японская – Eriobothrya japonica Lind" (az.). Əhməd-Cabir İsmayıl oğlu Əhmədov. İstifadə tarixi: 2018-06-13.