Yapon əntəri

Yapon əntəri[3] (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü.

Yapon əntəri
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yapon əntəri
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  555659
NCBI  9542
EOL  1037940

Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv[4] (Macaca fuscata yakui) hesab edilir

Xariçi görünüşü

Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir.

Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.

Əntərlər ortalama 25–30 il, nadir hallarda çox yaşayırlar.

Arealı

Bu əntərlər dünyanın şimala yaxın yeganə meymunlarıdırlar[5][6]. Əsasən Honşu adasının şimalında yayılmış meymunlar bu baxımından seçilirlər. Bununla belə 1972-ci ildə Texasda bu növün nümayəndələri açıq təbiətə buraxılmışlar.

Yapon əntərləri istənilən növ meşələrdə yaşaya bilərlər. Bəzi meşələrdə yarpaqlar, cücülər, bitki kökləri, kiçik onurğalılar və quş yumurtaları ilə qidalanırlar. Onlar hətta su sahələrində balıqlar, xərçənglər və molyusklarla qidalanırlar. Yaponiyanın şimal hissələrində hardaki, qar beş ay müddətində yerdə qalır, üstəlik orta temperatur −5° olarkən meymunlar adalarda yerləşən isti mənbələrə üz tuturlar. Daha soyuq vaxtlarda isti su mənbələrinə girərək günlərini orada keçirirlər. Qida dalınca gedərkən yaş bədənləri daha güçlü donmağa məruz qalır. Bunu aradan qaldırmaq üçün bu növün özünə məxsus sistemi vardır. Beləki dəstənin iki üzvü suya girmir. Onlar qida təminatı ilə məşgul olurlar[7]

Yapon əntərləri 10-dan 100-ə qədər üzvdən ibarət olan qruplarda birləşirlər. Bu qruplara həm dişilər həm də erkəklər birgə yaşayırlar.

Qalereya

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.