Yanqsu Tigin

Yanqsu Tigin (鞅素特勤) — Göytürk şahzadəsi, Muğan xaqanın oğlu. Biçurin isə onu Tardu xaqanın oğlu sayır.[1] Lakin Takeşi Osava Monqolküre yazılarını oxuyaraq Nili xaqanın atasının Yanqsu, babasının isə Muğan xaqan olduğunu isbatlamışdır.[2]

Yanqsu Tigin
鞅素特勤
Bəhram Çubin və Savə şah, Şahnamə
Bəhram ÇubinSavə şah, Şahnamə
587 589
ƏvvəlkiApa xaqan
SonrakıNili xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Atası Muğan xaqan
Uşaqları Nili xaqan
Basıl Tegin
Bağa Şad
Ailəsi Aşina
Dini Tenqriçilik

Hakimiyyəti

587-ci ildə Apa xaqanın Tarduya qarşı gəlib Buxaranın 40 km qərbindəki Paykəndi ələ keçirib orada möhkəmlənməsi əhali arasında ciddi narazılıq yaratmışdı. Tardunun göndərdiyi orduya qoşulan və qalib gəldikdən sonra Tardu tərəfindən Buxara və Paykəndin yabqusu təyin olunan Yanqsu Mamastin, Sakmatin, Samtin və Fərab şəhərlərini saldırmışdı.[3]

Ölümü

589-cu ildə Bəhram Çubin tərəfindən öldürülən Savə şahın o olduğu güman olunur.[1]

Ailəsi

İstinadlar

  1. Гумилёв Л. Н. Древние тюрки. — СПб.: СЗКЭО, Издательский Дом «Кристалл», 2002. — С. 576. — ISBN 5-9503-0031-9.
  2. "The Memorial complex and Statue of Niri kagan". 2018-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-10.
  3. Bibl. Geogr. Arab. YJ, 19. 156; Jacut IV, 393
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.