Yanma kamerası

Yanma kamerası - mühərrikin və ya sobanın hisslərinin vəhdətindən yaradılan, yanacaq qarışığının və ya bərk yanacağın alovlanması baş verən boşluqdur. Yanma kamerasının konstruksiyası mexanizmsobanın ümumilikdə işləmə şəraiti ilə müəyyən olunur. Onun hazırlanmasında istiliyə davamlı materiallardan istifadə olunur.

Rolls-Roys qazturbin mühərrikinin yanma kamerası

Tipik quruluşu

Qızmış qaz mühərrikə daxil olan yanacaq qarışığından daha çox həcmə malikdir. Bu xassə əsasnda kamerada əmələ gələn yanmış qaz daha çox təzyiq yaradır. Bu təzyiq porşeni hərəkət gətirir və ya turbini fırladır. Həmçinin ucluqdan çıxan qaz əlavə itləyici qüvvə yaradır.

Yanma kameralarının işləmə prinsipi tətbiq sahəsindən asılıdır. Məsələn onlar daxili yanma mühərriklərində tsiklik işləslər də, qazturbin mühərriklərində bu baş vermir. Onlar adətən bir böyük giriş, yanmış qazı ixrac etmk üçün çıxış deşiyinə malik olur. Yanacaq çox vat tənzimləyicinin köməyi ilə kameraya lazımi kiqdarda verilir. Raket mühərriklərində oksidator da tənzimlənir. Qazformal yanacaq bir başa qarışır, maye halında olan pükürdülür və sonra qazla qarışdırılır. Bərk yanacaqlar öncə xırdalanaır və sonra kameraya püskürdülürlər.

Mənbə

  • Ernst Götsch: Luftfahrzeugtechnik. Einführung, Grundlagen, Luftfahrzeugkunde. Neuaufl. Motorbuchverlag, Stuttgart 2009
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.