Yandex.Taxi

Yandex.TaxiRusiya, MDB, Şərqi Avropa, AfrikaYaxın Şərqdə sürücülük və qida texnologiyası sahəsində ixtisaslaşmış Rusiyanın İT şirkəti Yandex tərəfindən hazırlanmış və taksi sifarişinə xüsusi önəm verən bir tətbiqdir.[2]

Moskvada Yandex.taxi
Estoniyada Yandex.taxi
Yandex.taxi avtonom avtomobillərini real trafikdə sınaqdan keçirərkən
İsraildə Yandex.Taxi
Yandex.Taxi
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye İctimai nəqliyyat
Təsis tarixi 26 oktyabr 2011
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 37.931.000.000  (2019)[1]
Struktur
Ana şirkət Yandex
Tərəfdaşlar Yango
Rəhbərlik
Təsisçi
taxi.yandex.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yandex.Taxi Rusiya, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Serbiya, İsrail, Fil Dişi Sahili, Finlandiya, QanaRumıniyanın 300-dən çox böyük şəhərində aktiv şəkildə fəaliyyət göstərir. Son beş ölkədə Yango adlı bir marka altında fəaliyyət göstərir. Xidmət yarandığı gündən bəri 36 milyondan çox insan tərəfindən istifadə edilmişdir. 2018-ci ilin sentyabr ayından sistemdə 700 mindən çox sürücü qeydiyyatdan keçib.[3]

Yandex.Taxi 2018-ci ilin dekabr ayından etibarən qida çatdırılması üçün Rusiyada Yandex Eats adı altında istifadəçilərə xidmət göstərir.

Tarix

Yandex.Taxi ilk dəfə 2011-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 11 taksi dayanacağı və 1000 sürücüsü ilə fəaliyyətə başladı.[4]

Xidmət ilk dəfə işə salındıqda AndroidiOS telefonları üçün mobil tətbiq kimi təqdim edildi və vebsayt 28 iyun 2012-ci ildə istifadəyə verildi.

2012-ci ildən etibarən Yandex.Taxi özü tərəfindən edilən taksi zəngləri üçün komissiya almağa başladı.

Tigran Khudaverdyan, Yandex.Taxi xidmətini 2014-cü ildə öz üzərinə götürdü. 2015-ci ilin dekabrında Yandex.Taxi ayrıca bir şirkət olaraq qurulduqda şirkətin cavabdehi oldu.

Yandex.Taxi, 2017-ci ilin iyun ayında avtonom avtomobil texnologiyası üzərində işlərini göstərən bir video yayımladı.[5] Bu prototip nəqliyyat vasitəsi NVIDIA GTX qrafika prosessoru və Velodyne tərəfindən verilən LİDAR optik məsafə sensoru ilə təchiz olunmuş Toyota Prius hibrid xeçbek idi.[6]

Uber ilə birləşmə

Yandex.Taxi və Uber, 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, QazaxıstanRusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün bir müqavilə imzaladılar. Bu birləşmə qərarından sonra Yandex 100 milyon dollar və Uber 225 milyon dollar sərmayə qoydu və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni bir şirkət quruldu.[7] Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6 geri qalan 4,1% işçilərə məxsusdur. Yeni şirkət Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Yandex, Tigran Xudaverdyan MLU BV-nin yeni İcraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleyko təyin olunduğunu elan etdi.[8]

Qida çatdırılma xidməti

Yandex. Eats üçün çatdırılma edən kuryerlər

2017-ci ildə Yandex, Moskvada Foodfox[9] qida çatdırılma xidmətinin hamısını aldı və qida çatdırılma xidmətinə başladı. Bu satınalma nəticəsində Uber Eats, Yandex və Foodfox xidmətləri birləşdirildi və Yandex Eats xidməti Rusiyanın 24 şəhərində xidmət göstərməyə başladı.[10] Yandex 2018-ci ilin oktyabrında digər qida şirkəti Partiya Edi-ni aldı.[3]

Avtonom Taksilər

CES 2019-da Sürücüsüz Yandex avtomobili

Yandex taksi xidmətinə inteqrasiya etmək üçün öz sürücüsüz taksiləri ilə işləməyə və inkişaf etdirməyə başladı. İlk təqdim olunan model: Linux əməliyyat sistemindən istifadə edən Intel CPU-lar və NVIDIA GPU-ları olan üç lidar bölmə, altı radar bölməsi və altı kamerası və naviqasiya üçün GNSS sensoru olan çox inkişaf etmiş Toyota Priusdur.[11] 29 may 2018-ci ildə Yet Another Konfransında xalqa pulsuz sürüş təqdimatları edildi. Yandex bu müddət ərzində 700-dən çox sərnişinlə 10 saata qədər test sürüşü nümayiş etdirdi.[12] Uzun məsafəli sürücülük sınağı üçün 2018-ci ilin iyun ayında 780 km yol qət edildi, bu müddət ərzində nəqliyyat vasitəsi 99/100 səviyyəsində 11 saat avtonom səyahət etdi.[13]

Sürücüsüz taksi xidmətinin sınaqları 2018-ci ilin avqust ayında Rusiyanın qərbi Tatarıstan Respublikasının universitet şəhərindəki Innopolisdə başladı. Daha sonra 2018-ci ilin oktyabr ayında Moskvanın qərbindəki Skolkovo İnnovasiya Mərkəzində xidmətə başladı. Bu dövrdə 2018-ci ilin noyabr ayında 1000-ci sərnişinə xidmət göstərdi.[11] Yandex, 2018-ci ildə İsrail Nəqliyyat Nazirliyindən icazə alaraq sürücüsüz nəqliyyat vasitələri üçün test sürüşü hazırlamağa başladı.[14] Yandex 2018-ci ildə özünü idarə edən nəqliyyat vasitələrinin inkişafını davam etmək üçün ABŞ-nin Nevada əyalətindəki ümumi yollarda sürücülük etmək üçün lisenziya aldı.[15]

Sürücüsüz avtomobil beynəlxalq səviyyədə Las Veqasda keçirilən CES 2019 sərgisində təqdim edildi.[14]

Yandex, avtonom avtomobilini Rusiyaİsraildən sonra ABŞ-nin Miçiqan ştatının Ann-Arbor şəhərində ictimai ərazidə layihəsini sınaqdan keçirməyə başladı.[16]

Xüsusiyyətləri

Texnologiya

Yandex.Taxi, Yandex-in texnologiyalarından istifadə edərək nəqliyyat vasitələrinin çatma vaxtını və qiymətini hesablayır. Bunlar; Yandex Xəritələr ve Yandex Navigatordur. Bu texnologiyalar sayəsində sərnişinə ən yaxın taksi göndərilir və sərnişin təyinat yerinə ən qısa marşrutla getməsi təmin olunur. Bu müddət ərzində Yandex xidmətlərindən alınan canlı trafik məlumatları nəticəsində pula və vaxta qənaət edilir. Yandex.Taxi xidmətində gediş haqqı tələb-təklif tarazlığı nəticəsində hesablanır. Bu haqqı sərnişin səyahət başlayanda məlumat almış olur.

Təhlükəsizlik

Yandex.Taxi nəqliyyat xidmətləri göstərməyə səlahiyyətli tərəfdaşlarla işləməyə başlamışdır. Xidmət etdiyi ölkənin qanunlarından asılı olaraq, taksi şirkətləri, taksi stansiyaları, lisenziyalı daşıyıcılar, fərdi sahibkarlar və ya müvafiq ölkədə müvafiq icazəsi olan digər hüquqi şəxslər ilə işləməyə başlamışdır. Yandex.Taxi sisteminə daxil olan sürücülər təlim alacaq və müştəri məmnuniyyətinin ən yüksək səviyyəsinə çatmağı hədəfləyir.

Qlobal inkişaf

2019-cu ilin iyul ayından Yandex.Taxi; Rusiya, Belarusiya, Ermənistan, Qırğızıstan, Moldova, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Estoniya, Özbəkistan, Serbiya, Fil Dişi Sahili, İsrail, Finlandiya, QanaRumıniyanın 300-dən çox böyük şəhərində fəaliyyət göstərməyə başlamışdır.

Belarusiya

Belarusiyada 25 fevral 2016-cı ildə Minskdə başlayan xidmət hazırda ölkənin birdən çox şəhərində fəaliyyət göstərir. 2019-cu ilin mart ayından etibarən sərnişinlər və sürücülər üçün bir sığorta məhsulu təqdim etməyə başlamışdır.[17]

Ermənistan

Ermənistanda 1 iyul 2016-cı ildə Yerevanda fəaliyyətə başlayan xidmət hal-hazırda 15 şəhərdə aktiv istifadə olunur.[18]

Qazaxıstan

Yandex.Taxi 28 iyul 2016-cı ildə Qazaxıstanın ən böyük Almatı şəhərində istifadəyə verildi və xidmət göstərilən şəhərlərin sayı gələcəkdə 20 şəhərə qədər artdı.[19]

Gürcüstan

28 avqust 2016-cı ildə Gürcüstanda xidmətə başlayan Yandex, bu gün BatumiRustavidə xidmətini davam etdirir.

Ukrayna

25 oktyabr 2016-cı il tarixində Ukraynada xidmətə başladıqdan sonra, Ukraynanın Rusiya texnologiya şirkətlərinə tətbiq etdiyi qadağa nəticəsində Ukraynada qanuni olaraq istifadəsi dayandırıldı.[20] Ukraynadakı bu qadağaya baxmayaraq, istifadəçilər VPN üzərindən xidmətdən istifadə edirlər.

Moldova

Yandex.Taxi 24 iyul 2017-ci ildə Kişinyovda xidmətə başlamışdır.[21]

Qırğızıstan

Yandex.Taxi 9 noyabr 2017-ci ildə Bişkekdə xidmətə başladı və daha sonra xidmətini şəhərinə qədər genişləndirdi.[22]

Latviya

Yandex.Taxi Latviya tərəfindən xidmət verilən ilk Baltik ölkəsi və ilk Avropa Birliyinə üzv ölkəsidir və 15 mart 2018-ci ildə xidmətə başlamışdır.[23]

Özbəkistan

Yandex.Taxi 4 aprel 2018-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə xidmətə başlamışdır.[24]

Estoniya

Yandex.Taxi 1 may 2018-ci ildə Tallin şəhərində fəaliyyətə başladı. Daha sonra Tartu şəhərində fəaliyyət göstərməyə başladı.[25]

Serbiya

Serbiya, Yandex-in keçmiş Sovet Respublikaları xaricində xidmət göstərdiyi ilk ölkədir və Yandex.Taxi, 5 iyun 2018-ci ildə Belqradda fəaliyyətə başladı.[26]

Litva

Yandex.Taxi, 26 iyul 2018-ci ildə paytaxt Vilnüsdə xidmətə başladı. Bu müddətdə Litva Hökuməti şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirdi və bu məlumatların vacib vəzifələrdə olan insanlar tərəfindən istifadə edilməməsini istədi. Yandex, bu narahatlıqlara qarşı fərdi məlumatlarla əlaqədar Avropa Birliyi GDPR qaydalarına uyğun olduğunu bildirdi. Yandex.Taxi Litvada məhdudiyyət olmadan fəaliyyət göstərir.[27]

Fil Dişi Sahili

Yandex.Taxi, 4 oktyabr 2018-ci ildə Fil Dişi Sahilinin Abican şəhərində Yango markası altında istifadəyə verildi. Yandex.Taxinin Afrika qitəsində xidmət etdiyi ilk ölkədir.[28]

Finlandiya

8 noyabr 2018-ci ildə Yandex Yango markası altında xidmət göstərdiyi ikinci ölkə olan Finlandiyada fəaliyyətə başladı.[29]

İsrail

İsrail şirkətin xidmət göstərdiyi ilk Orta Şərq ölkəsi idi və Yango markası altında 10 dekabr 2018-ci ildə xidmətə başlamışdır.[30]

Qana

Qana, Yandeksin Afrika qitəsində xidmət etdiyi ikinci ölkədir və 6 iyun 2019-cu ildə Yango markası altında xidmətə başlamışdır.[31][32]

Rumıniya

27 iyun 2019-cu ildə Buxarestdə Yango markası ilə fəaliyyətə başlayan xidmətə 55 şirkətdən 3000 sürücü qatıldı.[33]

İstinadlar

  1. Yandex Announces Fourth Quarter and Full-Year 2019 Financial Results.
  2. "Yandex.Taxi LLC". www.bloomberg.com ( (ing.)). 09.01.2020. 06.01.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2020.
  3. "Yandex.Taxi asserts market leadership, announces new acquisitions". www.ewdn.com ( (ing.)). 02.11.2018. 12.03.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2018.
  4. "Yandex has begun to make a profit on its taxi service". www.venture-news.ru ( (ing.)). 27.12.2012. 25.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2020.
  5. "Russia's Yandex Unveils Self-Driving Car". www.themoscowtimes.com ( (ing.)). 01.06.2017. 30.12.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2020.
  6. "Yandex unveils self-driving taxi". www.rbth.com ( (ing.)). 01.06.2017. 25.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.01.2018.
  7. "Uber, Yandex complete ride services merger". www.reuters.com ( (ing.)). 07.02.2018. 2020-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.02.2018.
  8. "Yandex Announces the Appointment of Tigran Khudaverdyan as Deputy CEO". www.globenewswire.com ( (ing.)). 22.05.2019. 25.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.05.2019.
  9. "Russia's Yandex.Taxi buys food delivery service Foodfox". www.reuters.com ( (ing.)). 25.12.2017. 13.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2017.
  10. "«Яндекс» поработал на заказ Компания раскрыла число доставок еды". www.kommersant.ru ( (rus.)). 14.01.2019. 15.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2019.
  11. "Russia's Yandex Offers Driverless Rides And Passengers Say 'Da!'". www.forbes.com ( (ing.)). 15.11.2018. 13.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.11.2018.
  12. "Yandex Self-Driving Car. First demo rides for passengers at Yet Another Conference 2018". www.youtube.com ( YouTube portalı / "Яндекс Go" səhifəsi) ( (ing.)). 05.06.2018. 05.01.2020 tarixində arxivləşdirilib.
  13. "Yandex Self-Driving Car. First Long-Distance Ride". www.youtube.com ( YouTube portalı / "Яндекс.Такси" səhifəsi) ( (ing.)). 22.06.2018. 20.11.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.06.2018.
  14. "The Bold Robocar Roaming Las Vegas Without a Human Backup". www.wired.com ( (ing.)). 16.01.2019. 06.03.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.01.2019.
  15. "Yandex gets license for self-driving car in Nevada". www.seekingalpha.com ( (ing.)). 28.11.2018. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.11.2018.
  16. "Yandex expands its self-driving testing to Ann Arbor, Michigan". www.medium.com ( (ing.)). 06.08.2020. 10.08.2020 tarixində arxivləşdirilib.
  17. "Uber и «Яндекс.Такси» в Беларуси ввели дополнительное страхование жизни и здоровья пассажиров и водителей". auto.onliner.by ( (rus.)). 04.03.2019. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.03.2019.
  18. "Yandex.Taxi launches activity in Armenia". www.arminfo.info ( (ing.)). 01.07.2016. 13.03.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.07.2016.
  19. "The Service "Yandex.Taxi" started in Kazakhstan". www.sevendaynews.com ( (ing.)). 28.07.2016. 16.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.07.2016.
  20. "Ukraine slaps sanctions on Russia's Yandex, other web businesses". www.reuters.com ( (ing.)). 16.05.2017. 20.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.05.2017.
  21. "Yandex.Taxi launches in Moldova". www.seenews.com ( (ing.)). 26.07.2017. 17.01.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.07.2017.
  22. "Yandex starts taxi service in Bishkek". www.telecompaper.com ( (ing.)). 13.11.2017. 16.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.11.2017.
  23. "Yandex.Taxi ride-hailing service launches in Riga". eng.lsm.lv ( (ing.)). 15.03.2018. 26.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.03.2018.
  24. "The first day of Yandex.Taxi's work in Tashkent shows that the services are in high demand". www.uzdaily.uz ( (ing.)). 05.04.2018. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.04.2018.
  25. "Yandex Taxi to introduce app-based ride ordering service in Tallinn". news.err.ee ( (ing.)). 30.04.2018. 16.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2018.
  26. "Russian taxi ordering service comes to Serbia". rs.n1info.com ( (ing.)). 05.06.2018. 16.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.06.2018.
  27. "Lithuania wants Yandex.Taxi out, taxi drivers reluctant to speak out". bnn-news.com ( (ing.)). 03.08.2018. 22.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.08.2018.
  28. "Publi-reportage/ Côte d'Ivoire : Lancement à Abidjan d'un service international de commande de taxi via l'application mobile Yango". news.abidjan.net ( (ing.)). 05.10.2018. 05.10.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2018.
  29. "Russian search engine giant getting into Finnish taxi business". yle.fi ( (ing.)). 08.11.2018. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.11.2018.
  30. "Yandex.Taxi service begins operating in Israel under Yango brand". tass.com ( (ing.)). 10.12.2018. 24.12.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.2018.
  31. "Yango launches ride-hailing service in Ghana". www.ghanaweb.com ( (ing.)). 06.06.2019. 18.02.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.2019.
  32. "Yango Ghana App: The Newest Ride-Hailing Service in Ghana". goldchestgh.com ( (ing.)). 11.06.2019. 21.06.2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.06.2019.
  33. "Ride-hailing app Yango launches in Bucharest". business-review.eu ( (ing.)). 27.06.2019. 17.03.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.06.2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.